Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda məşhur markanın defilesi keçiriləcək

© Depositphotos.com / Martinkay19Dəb
Dəb - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı kolleksiya iyunda nümayişə çıxarılacaq.
BAKI, 25 may — Sputnik. Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin defilesi keçiriləcək. Bu barədə dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl özünün sosial media hesabında məlumat verib.
Belə ki, İyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı "AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - "Açma-yumma", "Qarabağ", "Naxçıvan", "Ovçuluq", "Pazırıq" xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında "Azərxalça" ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və "Sumakh" geyim kolleksiyası nümayiş etdiriləcək.
"AFFFAIR in Carpets" adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından 50-yə yaxın geyimin defiləsi keçiriləcək.
Qeyd edək ki, "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury" kolleksiyası isə ilk dəfə məhz Bakıda təqdim olunacaq.
Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında yaradılan əsərlər isə xüsusən diqqət çəkir:
"Açma-yumma" xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və "Açma-yumma" xalçaları silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir.
Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri "Qarabağ" xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkaşana qərq olur.
"Naxçıvan" adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən "Xətai" və "Çələbi" xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiyadan yaranıb.
Qarabağın "Ovçuluq" xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış "Bəndi-Rumi" kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb.
"Pazırıq" adlanan əsər türk soyuna aid edilən və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.
Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0