Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Hindistan iqtisadi əməkdaşlığı genişlənir

© AFP 2024 / PUNIT PARANJPEHindistan bayrağı, arxiv şəkli
Hindistan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Hindistanın Azərbaycandakı səfiri ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir.
BAKI, 25 may — Sputnik. Hindistanın Bakıdakı səfirliyi Hindistanın Kənd Təsərrüfatı və Emal Olunmuş Ərzaq Məhsullarının İxracının İnkişafı Agentliyi (APEDA) ilə birlikdə "çiçəkçilik və əkin məhsulları, toxum, ət, düyü və veqan məhsullarının ixracı" mövzusunda tədbir təşkil edib.
Səfirlikdən bildirilib ki, Kənd Təsərrüfatı və Emal edilmiş Ərzaq Məhsullarının İxracının İnkişafı Təşkilatı Hindistan hökuməti tərəfindən yaradılıb və kənd təsərrüfatı məhsullarının ixracının təşviqi və inkişafı üzrə məsuliyyət daşıyır.
Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd edilməsi üçün "Azadi Ka Amrit Mahotsav" təşəbbüsü çərçivəsində baş tutmuş tədbirdə Hindistan və Azərbaycanın aparıcı şirkətləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Xidmətlər Agentliyinin nümayəndələri iştirak ediblər.
APEDA-nın baş meneceri V. K. Vidyarthin Hindistanın kənd təsərrüfatı məhsullarının emalı üçün yaxşı qurulmuş infrastruktura malik olduğunu və Hindistandakı ən müasir laboratoriyaların qida təhlükəsizliyi standartlarına uyğun sınaqlar apardığını vurğulayıb.
Hindistanın Azərbaycandakı səfiri B. Vanlalvavna qeyd edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, düyü, ət, ədviyyat və çay növləri Hindistandan gətirildiyinə görə Hindistanın ərzaq məhsulları artıq Azərbaycan bazarında tanınır. O, daha sonra bildirib ki, bu sahədə iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var.
APEDA-nın sədri M. Angamuthu çıxışında Hindistanın kənd təsərrüfatı və qida məhsullarının mərkəzi olduğunu və Hindistanın çiçəkçilik sektorunun yüksək bazar dəyəri və böyük imkanları olan kommersiya biznesi kimi inkişaf etdiyini qeyd edib. O bildirib ki, Hindistanda çiçəkçilik istehsalının artırılması bu sahədə Azərbaycanla ikitərəfli əməkdaşlıq üçün böyük imkanlar yaradır.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Vəfa Səfərli agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və qurum tərəfindən verilən sənədlər, o cümlədən gülçülük, toxumçuluq və qida məhsullarının Azərbaycana idxalı qaydaları və prosedurları haqqında təqdimatla çıxış edib.
Hindistan Milli Toxum Assosiasiyasının direktor müavini Deepankar Pandey toxum ixracı, onun həcmi, perspektivləri və imkanları haqqında təqdimatla çıxış edərək Hindistanın toxumçuluq sektorunun 3 milyard ABŞ dolları dəyərində olduğunu və dünya miqyasında 5-ci yeri tutduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın statistikasına əsasən, ötən il Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 26,8 faiz artaraq 739,10 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 10-cu əsas ticarət tərəfdaşı olub.
Azərbaycanın Hindistana ixracı 30,1 faiz artaraq 594,43 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində Azərbaycanın ümumi ixracatında Hindistanın payı 2,7 faiz təşkil edib və beləliklə Hindistan Azərbaycanın 8-ci ixracat istiqaməti olub.
Azərbaycanın Hindistandan idxalı ötən il 2020-ci illə müqayisədə 14,8 faiz artaraq 144,67 milyon ABŞ dolları təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0