https://sputnik.az/20220525/alimler-muasir-insanlarin-arktikaya-ne-vaxt-geldiyini-oyrenibler-442213948.html
Alimlər müasir insanların Arktikaya nə vaxt gəldiyini öyrəniblər
Alimlər müasir insanların Arktikaya nə vaxt gəldiyini öyrəniblər
Sputnik Azərbaycan
Ob çayının aşağı axarında Paleolit kompleksində tapılan heyvan sümüklərinin tədqiqi sayəsində məlum olub ki, müasir tipli qədim insan (Homo sapiens sapiens)... 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T06:51+0400
2022-05-25T06:51+0400
2022-05-25T06:51+0400
arktika
elm
insan
çay
https://cdnn1.img.sputnik.az/img/41949/67/419496720_0:0:3072:1728_1920x0_80_0_0_3d531d78e2cc97836671a8aecc1e9eb7.jpg
BAKI, 25 may — Sputnik. Alimlər Ob çayının aşağı axarında tapılan işlənmiş heyvan sümüklərini tədqiq edərək, Arktikada müasir insanların mövcudluğunun ən qədim izlərinin 40 min il əvvələ aid olduğunu müəyyən ediblər. Bu barədə G.İ.Budker adına Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Nüvə Fizikası İnstitutu məlumat verir."Alimlər Arktikada müasir insanların mövcudluğunun ən qədim izlərini 40 min il əvvələ (son paleolitin başlanğıcı) aid ediblər. Kəşf Ob çayının aşağı axarında Paleolit kompleksində tapılan heyvan sümüklərinin tədqiqi sayəsində əldə edilib. Məlumatda deyilir ki, "NDU-NEM (Novosibirsk dövlət universiteti – Novosibirsk elm mərkəzi) Sürətləndirici Kütləvi Spektrometriya"nın kollektiv istifadə mərkəzində tarixlər 50 illik dəqiqliklə müəyyən edilib".Müasir tipli qədim insan (Homo sapiens sapiens) tərəfindən Arktika və Subarktikada ilk məskunlaşma məsələsi elm adamlarını çoxdan maraqlandırır. Ob çayının vadisi çox vaxt Paleolit insanları üçün potensial miqrasiya yolu hesab olunur. Uzun müddətdir ki, 12-30 min il əvvəl Qərbi Sibirin şimalının böyük bir buzlaqla örtüldüyü (eynilə Amerika və Avropanın şimalı kimi) hipotezi üstünlük təşkil edirdi. Bu səbəbdən də şimalda 30-40 min il bundan əvvəlki dövrə aid arxeoloji əraziləri axtarmağın mənasız olduğuna inanılırdı."AMS-in tanınması və optik stimullaşdırıcı lüminessensiyadan istifadə edən beynəlxalq tədqiqat proqramı sayəsində Avropa və Rusiyadan olan həmkarlarımız 12-30 min il əvvəl Qərbi Sibirin şimalında buz örtüyünün olmadığını sübut edə bildilər. Bu, xeyli əvvəl - 90-60 min il əvvəl Salexardın şimalında olub. Bu, tamam başqa paleocoğrafi mənzərədir. 30 il ərzində mən əmin idim ki, Qərbi Sibirin şimalında qədim insanın yaşaması üçün bütün şərait mövcud olub. İndi isə bizdə bunu sübut etməyə cəhd etmək imkanı yaranıb," - deyə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev ad. Geologiya və Mineralogiya İnstitutunun laboratoriya, layihənin rəhbəri müdiri İvan Zolnikov bildirib.O, izah edib ki, 2020-ci ildə Ob çayının aşağı axarında, 20-40 min il mövcud olmuş və hazırda yerini bir neçə metr dəyişən Kuşevat paleolit kompleksində, qədim bulağın çöküntülərində sümüklü, "mədəni və on metrlərlə uzanan üfüq" kəşf edilib."Orada vaxtaşırı tarixini qeyd etdiyimiz maraqlı tapıntılara rast gəlinir. Xüsusilə, emal izləri olan iki maral buynuzu tapılıb. Ümumilikdə bu sümük horizontundan 20 qədim tapıntı (yaşları 40-20 min il əvvəl), eyni zamanda insan tərəfindən işlənmiş sümük qalıqları (buynuzlar) əldə edilib. Beləliklə, bu, 40 min il əvvəl həmin ərazidə - Ob çayının aşağı axarında insanın mövcudluğunu göstərən ilk kəşfdir", - deyə alim qeyd edib.Tapıntıların yaşını müəyyən etmək üçün alimlər sürətləndirici kütlə spektrometri (SKS) metodundan istifadə edirlər. Bu, izotopların sayılması ilə maddənin atomlarının diqqətlə seçildiyi izotop analizinin ultra həssas üsuludur. Metod arxeoloji tapıntıların və geoloji süxurların tarixini yüksək dəqiqliklə müəyyən etməyə, müxtəlif tarixi dövrlərə aid atmosferin tərkibini və canlı orqanizmlərin toxumalarını öyrənməyə imkan verir. İş Rusiya Elm Fondunun qrantı ilə dəstəklənərək böyük bir tədqiqatçı dairəsini - arxeoloqlar, geoloqlar və fiziklər bir araya gətirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
arktika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41949/67/419496720_341:0:3072:2048_1920x0_80_0_0_b3743b8d8e076166c844eb46c4124497.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
arktika, insan, çay
Alimlər müasir insanların Arktikaya nə vaxt gəldiyini öyrəniblər
Ob çayının aşağı axarında Paleolit kompleksində tapılan heyvan sümüklərinin tədqiqi sayəsində məlum olub ki, müasir tipli qədim insan (Homo sapiens sapiens) Arktikaya 40 min il əvvəl gəlib
BAKI, 25 may — Sputnik. Alimlər Ob çayının aşağı axarında tapılan işlənmiş heyvan sümüklərini tədqiq edərək, Arktikada müasir insanların mövcudluğunun ən qədim izlərinin 40 min il əvvələ aid olduğunu müəyyən ediblər. Bu barədə G.İ.Budker adına Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Nüvə Fizikası İnstitutu məlumat verir.
"Alimlər Arktikada müasir insanların mövcudluğunun ən qədim izlərini 40 min il əvvələ (son paleolitin başlanğıcı) aid ediblər. Kəşf Ob çayının aşağı axarında Paleolit kompleksində tapılan heyvan sümüklərinin tədqiqi sayəsində əldə edilib. Məlumatda deyilir ki, "NDU-NEM (Novosibirsk dövlət universiteti – Novosibirsk elm mərkəzi) Sürətləndirici Kütləvi Spektrometriya"nın kollektiv istifadə mərkəzində tarixlər 50 illik dəqiqliklə müəyyən edilib".
Müasir tipli qədim insan (Homo sapiens sapiens) tərəfindən Arktika və Subarktikada ilk məskunlaşma məsələsi elm adamlarını çoxdan maraqlandırır. Ob çayının vadisi çox vaxt Paleolit insanları üçün potensial miqrasiya yolu hesab olunur. Uzun müddətdir ki, 12-30 min il əvvəl Qərbi Sibirin şimalının böyük bir buzlaqla örtüldüyü (eynilə Amerika və Avropanın şimalı kimi) hipotezi üstünlük təşkil edirdi. Bu səbəbdən də şimalda 30-40 min il bundan əvvəlki dövrə aid arxeoloji əraziləri axtarmağın mənasız olduğuna inanılırdı.
"AMS-in tanınması və optik stimullaşdırıcı lüminessensiyadan istifadə edən beynəlxalq tədqiqat proqramı sayəsində Avropa və Rusiyadan olan həmkarlarımız 12-30 min il əvvəl Qərbi Sibirin şimalında buz örtüyünün olmadığını sübut edə bildilər. Bu, xeyli əvvəl - 90-60 min il əvvəl Salexardın şimalında olub. Bu, tamam başqa paleocoğrafi mənzərədir. 30 il ərzində mən əmin idim ki, Qərbi Sibirin şimalında qədim insanın yaşaması üçün bütün şərait mövcud olub. İndi isə bizdə bunu sübut etməyə cəhd etmək imkanı yaranıb," - deyə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev ad. Geologiya və Mineralogiya İnstitutunun laboratoriya, layihənin rəhbəri müdiri İvan Zolnikov bildirib.
O, izah edib ki, 2020-ci ildə Ob çayının aşağı axarında, 20-40 min il mövcud olmuş və hazırda yerini bir neçə metr dəyişən Kuşevat paleolit kompleksində, qədim bulağın çöküntülərində sümüklü, "mədəni və on metrlərlə uzanan üfüq" kəşf edilib.
"Orada vaxtaşırı tarixini qeyd etdiyimiz maraqlı tapıntılara rast gəlinir. Xüsusilə, emal izləri olan iki maral buynuzu tapılıb. Ümumilikdə bu sümük horizontundan 20 qədim tapıntı (yaşları 40-20 min il əvvəl), eyni zamanda insan tərəfindən işlənmiş sümük qalıqları (buynuzlar) əldə edilib. Beləliklə, bu, 40 min il əvvəl həmin ərazidə - Ob çayının aşağı axarında insanın mövcudluğunu göstərən ilk kəşfdir", - deyə alim qeyd edib.
Tapıntıların yaşını müəyyən etmək üçün alimlər sürətləndirici kütlə spektrometri (SKS) metodundan istifadə edirlər. Bu, izotopların sayılması ilə maddənin atomlarının diqqətlə seçildiyi izotop analizinin ultra həssas üsuludur. Metod arxeoloji tapıntıların və geoloji süxurların tarixini yüksək dəqiqliklə müəyyən etməyə, müxtəlif tarixi dövrlərə aid atmosferin tərkibini və canlı orqanizmlərin toxumalarını öyrənməyə imkan verir. İş Rusiya Elm Fondunun qrantı ilə dəstəklənərək böyük bir tədqiqatçı dairəsini - arxeoloqlar, geoloqlar və fiziklər bir araya gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.