https://sputnik.az/20220524/umayra-tagiyevadan-hava-xeberdarligi-442205464.html
Umayra Tağıyevadan hava xəbərdarlığı
Umayra Tağıyevadan hava xəbərdarlığı
Sputnik Azərbaycan
Tağıyeva bu həftənin ikinci yarısından başlayaraq havanın sabitləşməyə doğru dəyişəcəyi proqnozunu verib. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T17:22+0400
2022-05-24T17:22+0400
2022-05-24T17:23+0400
umayra tağıyeva
hadisə
hava
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/41965/86/419658642_0:0:1501:844_1920x0_80_0_0_3640253e8249c323208c9d735b698d58.jpg
BAKI, 24 may — Sputnik. Ölkədə may ayında müşahidə olunan hava iqlim normasından 3 dərəcəyədək aşağı olub. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, may ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub: "Bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib. Belə ki, ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb"."Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub".Umayra Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub. Lakin, son zamanlar, sanki bu "xüsusiyyət" regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində may ayının 24 günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb."Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin, bu aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur. Belə ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41965/86/419658642_77:0:1410:1000_1920x0_80_0_0_9376e77111d42cbaad4654cb337161ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
umayra tağıyeva, hava, xəbərdarlıq
umayra tağıyeva, hava, xəbərdarlıq
Umayra Tağıyevadan hava xəbərdarlığı
17:22 24.05.2022 (Yenilənib: 17:23 24.05.2022) Tağıyeva bu həftənin ikinci yarısından başlayaraq havanın sabitləşməyə doğru dəyişəcəyi proqnozunu verib.
BAKI, 24 may — Sputnik. Ölkədə may ayında müşahidə olunan hava iqlim normasından 3 dərəcəyədək aşağı olub. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, may ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub: "Bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib. Belə ki, ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb".
"Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub".
Umayra Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub. Lakin, son zamanlar, sanki bu "xüsusiyyət" regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində may ayının 24 günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb.
"Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin, bu aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur. Belə ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.