https://sputnik.az/20220524/prezident-reqemsal-nkisaf-ve-neqliyyat-nazirine-iki-muzvin-teyin-edib-442196155.html
Prezident Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə üç müavin təyin edib
Prezident Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə üç müavin təyin edib
Sputnik Azərbaycan
Dövlət başçısı bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dair bir sıra qərarlara imza atıb. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T21:12+0400
2022-05-24T21:12+0400
2022-05-24T21:24+0400
sərəncam
azərbaycan xəbərləri
fərman
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_38:0:1000:541_1920x0_80_0_0_eda2ec36b5d4d252e3de2692696ebdd1.jpg
BAKI, 24 may — Sputnik. Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir:"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".Sərəncam imzalandığı gündən qüvvəyə minir.Prezident İlham Əliyev həmçinin Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir:"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".Sərəncam imzalandığı gündən qüvvəyə minir.Digər bir sərəncamla dövlət başçısı Cavid Qəmbər oğlu Qurbanovu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edib.Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_279:0:1000:541_1920x0_80_0_0_55fee1547a0ff401adb3daafceb7f9ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərəncam, fərman
Prezident Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə üç müavin təyin edib
21:12 24.05.2022 (Yenilənib: 21:24 24.05.2022) Dövlət başçısı bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dair bir sıra qərarlara imza atıb.
BAKI, 24 may — Sputnik. Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev həmçinin Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər bir sərəncamla dövlət başçısı Cavid Qəmbər oğlu Qurbanovu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edib.
Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.