https://sputnik.az/20220524/pese-mekteblerinde-oxuyanlara-teqaud-verilecek-442203460.html
Peşə məktəblərində oxuyanlara təqaüd veriləcək
Peşə məktəblərində oxuyanlara təqaüd veriləcək
Sputnik Azərbaycan
"Peşə təhsili haqqında" qanuna dəyişikliklə peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı... 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T20:59+0400
2022-05-24T20:59+0400
2022-05-24T20:59+0400
peşə
təhsil
təhsil
təqaüd
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/15/425524841_0:114:3072:1842_1920x0_80_0_0_fded9be252d50d25e7d893921a3de732.jpg
BAKI, 24 may — Sputnik. Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.Qanunun 10.11-ci bəndinin əvvəlki variantı belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".Xatırladaq ki, "Peşə təhsili haqqında" qanuna dəyişikliklə dövlət peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.Mövcud qanunvericiliklə isə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsil alanlara təqaüdün verilməsi nəzərdə tutulub.Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilib. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcək.Son məlumata görə, peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/15/425524841_341:0:3072:2048_1920x0_80_0_0_510d30e5469a9d73a45ba578f0cd2f0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
peşə, təhsil, təqaüd
Peşə məktəblərində oxuyanlara təqaüd veriləcək
"Peşə təhsili haqqında" qanuna dəyişikliklə peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün verilməsi təklif olunub.
BAKI, 24 may — Sputnik. Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.
Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.
Qanunun 10.11-ci bəndinin əvvəlki variantı belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".
Xatırladaq ki, "Peşə təhsili haqqında" qanuna dəyişikliklə dövlət peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.
Mövcud qanunvericiliklə isə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsil alanlara təqaüdün verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilib. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcək.
Son məlumata görə, peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.