https://sputnik.az/20220524/nezirlerin-onlayn-qaydada-odenilmesi-ile-bagli-qaydalar-hazirlanir-442199210.html
Nəzirlərin onlayn qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır
Nəzirlərin onlayn qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır
Sputnik Azərbaycan
Gündüz İsmayılov bildirib ki, dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T15:16+0400
2022-05-24T15:16+0400
2022-05-24T15:16+0400
nəzir
cəmiyyət
elektron
qayda
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_0:0:2001:1125_1920x0_80_0_0_d4a52174039101bd4bcd1b2146ddf5b0.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycanda nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.O qeyd edib ki, hazırda həmin qaydalar hazırlanır, iş gedir:"Bununla bağlı proses gedir. İş yekunlaşdıqdan sonra cəmiyyətə ətraflı məlumat veriləcək".Qeyd edək ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan digər dəyişiklik layihəsində əksini tapıb.Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_94:0:1867:1330_1920x0_80_0_0_339854f34e566a4db96bdbfb269a8b28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
nəzir, elektron, qayda
Nəzirlərin onlayn qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır
Gündüz İsmayılov bildirib ki, dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
BAKI, 24 may — Sputnik. Azərbaycanda nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda həmin qaydalar hazırlanır, iş gedir:
"Bununla bağlı proses gedir. İş yekunlaşdıqdan sonra cəmiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan digər dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.