https://sputnik.az/20220524/kolleclere-erize-qebulu-sistemi-yeniden-aktiv-edilib-442202450.html
Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Sputnik Azərbaycan
Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gündən etibarən 31 may saat 23:59-dək davam edəcək 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T18:00+0400
2022-05-24T18:00+0400
2022-05-24T19:23+0400
sənəd
təhsil
kollec
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 24 may — Sputnik. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.DİM-dən verilən məlumatda bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) verən və müsabiqə şərtlərini ödəyən, lakin lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.Ərizələrin qəbulu 2022-ci il 31 may saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.Qeyd 1. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.Qeyd 2. 5-25 aprel 2022-ci il tarixlərində ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sənəd, kollec
Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
18:00 24.05.2022 (Yenilənib: 19:23 24.05.2022) Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gündən etibarən 31 may saat 23:59-dək davam edəcək
BAKI, 24 may — Sputnik. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
DİM-dən verilən məlumatda bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:
- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) verən və müsabiqə şərtlərini ödəyən, lakin lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.
Ərizələrin qəbulu 2022-ci il 31 may saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Qeyd 1. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.
Qeyd 2. 5-25 aprel 2022-ci il tarixlərində ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.