https://sputnik.az/20220524/daha-bir-olke-bakiya-ucuslari-berpa-edir-442204504.html
Daha bir ölkə Bakıya uçuşları bərpa edir
Daha bir ölkə Bakıya uçuşları bərpa edir
Sputnik Azərbaycan
17 mart 2020-ci il tarixindən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətləri üzrə dayandırılmış uçuşlar iyun ayından bərpa olunacaq 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T18:36+0400
2022-05-24T18:36+0400
2022-05-24T18:36+0400
bakı
azərbaycan xəbərləri
uçuş
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_0:0:5185:2916_1920x0_80_0_0_9ef409eb3dc60f1d820a12f622a04698.jpg
BAKI, 24 may — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" şirkəti iyunun 28-dən Əbu-Dabidən Bakıya reyslər həyata keçirəcək.Məlumata görə, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Əbu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" və əcnəbi aviaşirkətlər tərəfindən 17 mart 2020-ci il tarixindən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_483:0:4586:3077_1920x0_80_0_0_b32b1a2e0ac05f3c41e67181dc254718.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, uçuş
Daha bir ölkə Bakıya uçuşları bərpa edir
17 mart 2020-ci il tarixindən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətləri üzrə dayandırılmış uçuşlar iyun ayından bərpa olunacaq
BAKI, 24 may — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" şirkəti iyunun 28-dən Əbu-Dabidən Bakıya reyslər həyata keçirəcək.
Məlumata görə, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Əbu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" və əcnəbi aviaşirkətlər tərəfindən 17 mart 2020-ci il tarixindən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.