Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlər iqlim stansiyalarının işindən bəhrələnir - Nazir

© AFP 2024 / GENYA SAVILOVBitki
Bitki  - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Kənd təsərrüfatı naziri qeyd edib ki, sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyimizi təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir.
BAKI, 24 may — Sputnik. Bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqi genişləndirilməlidir. Bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə bir sıra addımlar atılıb:
"Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir".
© Photo : Ministry of Agriculture (Azerbaijan)İnam Kərimov
İnam Kərimov - Sputnik Azərbaycan, 1920, 24.05.2022
İnam Kərimov
Sonra nazir bildirib ki, sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur:

"Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir".

Onun sözlərinə görə, bu istiqamətdə Nazirlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunan birgə tədbirlər həyata keçirir. Bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı bitki mühafizəsi tədbirlərinin düzgün təşkilindən asılıdır.
Bu baxımdan bitki mühafizəsi sahəsində vahid yanaşmanın tətbiqi daha məqbul hesab edilir. Çünki, vahid yanaşma bitki mühafizəsi işinin ekosistemə zərər vurmadan həyata keçirilməsinə imkan verir. Bütün dünyada bitki mühafizəsi işi daim təkmilləşir, bu proseslə ayaqlaşmaq üçün tərəfdaş ölkələrlə davamlı təcrübə mübadiləsi aparmaq vacibdir.
O həmçinin əlavə edib ki, bitki sağlamlığına təkcə mütəxəssislərin məsuliyyət daşıdığı sahə kimi baxılmamalıdır:

"Bu, ərzaq istehsalı ilə məşğul olan bütün fermerlərin, ekosistemin bütün iştirakçılarının məsuliyyət daşıdığı bir sahədir. İştirakçı tərəflər daim bitki mühafizəsi işində yenilikləri öyrənməli və təcrübədə tətbiq etməlidir. Çünki bitki mühafizəsi, bitki sağlamlığının təmin olunması işi bütün dünyada daim yenilənir, təkmilləşir, bu məsələyə yeni uğurlu yanaşmalar meydana çıxır. Paralel olaraq milli qanunvericilik bazaları da günün çağırışlarına uyğun olaraq daim təkmilləşir. Ölkəmiz də bu prosesdən kənarda qalmır. Yeni qanunların qəbulu, qanunvericilik bazasının daha da təkmilləşməsi istiqamətində mühüm işlər görülür. Hesab edirik ki, bitki sağlamlığı sahəsində milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması kənd təsərrüfatı məhsullarının ixrac həcmini və coğrafiyasını daha da artıra, ekoloji təmiz məhsul istehsalını genişləndirə bilər".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən bildirib ki, gələcəkdə idxal-ixrac əməliyyatları ilə bağlı AQTİS sisteminin xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulur.
© Sputnik / Murad OrujovQoşqar Təhməzli, arxiv şəkli
Председатель Агентства продовольственной безопасности Гошгар Тахмазли - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Qoşqar Təhməzli, arxiv şəkli
Onun sözlərinə görə, inteqrasiya işləri yekunlaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsinə imkan yaranacaq ki, bununla da proseslərin daha da sürətlənməsi təmin olunacaq:
"Ümumillikdə fitosanitar nəzarət sahəsində rəqəmsal idarəçilik, innovativ həllərin tətbiqi, idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması effektiv idarəetmənin daha da təkmilləşdirilməsinə vətəndaş məmnunluğunun, şəffaflığın və ümumi keyfiyyətin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcək".
Sözügedən forumda çıxış edərkən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Azərbaycanda meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəsalma və meşə bərpa işləri aparılır.
© Sputnik / Murad OrujovMuxtar Babayev, arxiv şəkli
Министр экологии и природных ресурсов Мухтар Бабаев - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Muxtar Babayev, arxiv şəkli
Onun sözlərinə görə, bununla yanaşı ölkədə təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiya hələ də müşahidə olunur.
Nazir qeyd edib ki, bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir:
"Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növlərinin areallarına və mədəni bitki növlərinin əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı və meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə məqsədilə kompleks tədbirlər həyata keçirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0