https://sputnik.az/20220524/azerbaycanfilmin-nezdinde-ekspert-surasi-yaradilib-442190867.html
"Azərbaycanfilm"in nəzdində Ekspert Şurası yaradılıb
"Azərbaycanfilm"in nəzdində Ekspert Şurası yaradılıb
Sputnik Azərbaycan
Ayaz Salayevin sədirliyi ilə yaradılan Ekspert Şurasında Mehriban Zəki, Əli Əmirli, Nadir Bədəlov və İsmayıl İman üzv seçiliblər. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T12:08+0400
2022-05-24T12:08+0400
2022-05-24T13:43+0400
mədəniyyət
azərbaycan
film
ekspert
şura
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426708889_0:156:3072:1884_1920x0_80_0_0_972344872a4ccd2acd90c7075617f019.jpg
BAKI, 24 may — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb. Kinostudiyadan verilən xəbərə görə, məqsəd dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirməkdir. Beş nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426708889_341:0:3072:2048_1920x0_80_0_0_81fe8e8e6b318c9df9ced79923f007c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, film, ekspert, şura
azərbaycan, film, ekspert, şura
"Azərbaycanfilm"in nəzdində Ekspert Şurası yaradılıb
12:08 24.05.2022 (Yenilənib: 13:43 24.05.2022) Ayaz Salayevin sədirliyi ilə yaradılan Ekspert Şurasında Mehriban Zəki, Əli Əmirli, Nadir Bədəlov və İsmayıl İman üzv seçiliblər.
BAKI, 24 may — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb. Kinostudiyadan verilən xəbərə görə, məqsəd dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirməkdir. Beş nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.