https://sputnik.az/20220524/azerbaycanda-bir-olke-sakini-ayda-ne-qeder-pul-xercleyib-442170198.html
Azərbaycanda bir ölkə sakini ayda nə qədər pul xərcləyib?
Azərbaycanda bir ölkə sakini ayda nə qədər pul xərcləyib?
Sputnik Azərbaycan
Bu il Azərbaycan əhalisinin xərclədiyi pulun yarısından çoxu ərzaqların alınmasına gedib. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T08:50+0400
2022-05-24T08:50+0400
2022-05-24T08:50+0400
azərbaycan
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123034_0:36:3072:1764_1920x0_80_0_0_fa58f017cee9b1725b9b8b8f2b3d5e07.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Bu ilin 4 ayında pərakəndə ticarətdə bir ölkə sakini hər ay orta hesabla 346,7 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3 manat çoxdur. Xərclərin 197,8 manatı ərzaq, içki və siqaretin, 148,9 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xərclərin artmasının əsas səbəbi məhz inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Ölkədə ərzaq inflyasiyası 18 faizə yaxınlaşıb. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (6 faizdən çox), ödənişli xidmətlərin (10 faizdən çox) qiymətləri də bahalaşıb.Əsas səbəb qiymətlərin bahalaşmasıdırO vurğulayıb ki, xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən əhali eyni məhsula daha çox pul xərcləyir.Qeyd edək ki, ötən ilin 4 ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manat pul xərcləyib. Bunun 165 manatı ərzaq, içki və tütün məmulatlarına, 135,4 manatı isə qeyri-ərzaq mallarının alınmasına gedib.Pərakəndə ticarət dövriyyəsiXatırladaq ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarətdə istehlakçılara 13,9 milyard manatlıq mallar satılıb. Bunun 7,9 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3 faiz artıb.Vəsaitin yarıdan çoxu ərzaqlara gedibAlıcıların xərclədiyi vəsaitin 51,5 faizi ərzaq məhsullarının, 5,6 faizi içki və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.Xərclənən vəsaitin 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123034_189:0:2920:2048_1920x0_80_0_0_b172ec758ab33e35a38ef8827ceb42e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan
Azərbaycanda bir ölkə sakini ayda nə qədər pul xərcləyib?
Bu il Azərbaycan əhalisinin xərclədiyi pulun yarısından çoxu ərzaqların alınmasına gedib.
BAKI, 24 may — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Bu ilin 4 ayında pərakəndə ticarətdə bir ölkə sakini hər ay orta hesabla 346,7 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3 manat çoxdur. Xərclərin 197,8 manatı ərzaq, içki və siqaretin, 148,9 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xərclərin artmasının əsas səbəbi məhz inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Ölkədə ərzaq inflyasiyası 18 faizə yaxınlaşıb. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (6 faizdən çox), ödənişli xidmətlərin (10 faizdən çox) qiymətləri də bahalaşıb.
Əsas səbəb qiymətlərin bahalaşmasıdır
O vurğulayıb ki, xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən əhali eyni məhsula daha çox pul xərcləyir.
Qeyd edək ki, ötən ilin 4 ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manat pul xərcləyib. Bunun 165 manatı ərzaq, içki və tütün məmulatlarına, 135,4 manatı isə qeyri-ərzaq mallarının alınmasına gedib.
Pərakəndə ticarət dövriyyəsi
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarətdə istehlakçılara 13,9 milyard manatlıq mallar satılıb. Bunun 7,9 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3 faiz artıb.
Vəsaitin yarıdan çoxu ərzaqlara gedib
Alıcıların xərclədiyi vəsaitin 51,5 faizi ərzaq məhsullarının, 5,6 faizi içki və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Xərclənən vəsaitin 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.