Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Ələkbərov qeyd edib ki, cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub
BAKI, 24 may — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.
Bununla bağlı AAYDA-da keçirilən təqdimat mərasimində qurumun İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov bildirib ki, 6 aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilmiş, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilib.
Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılmış və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.
Müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulub. Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.
R.Ələkbərov onu da bildirib ki, ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.
Qeyd edək ki, Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23 nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası yaradılıb.
"Karguzarlıq", "Hesabatlar", "İnsan resursları" və "Vətəndaşların qəbulu" modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - Sputnik Azərbaycan, 1920, 24.05.2022
QARABAĞ
Qarabağa aparan yolun tikintisi davam etdirilir - FOTO
Xəbər lenti
0