Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan iqtisadiyyatı neftsiz inkişaf edə bilərmi? - Ekspertlər nə düşünür

Büdcə - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Ölkənin sənaye parklarına qoyulan vəsaitin həcmi qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8%-ni təşkil edir.
BAKI, 24 may — Sputnik. Azərbaycan iqtisadiyyatı artıq karbohidrogenlərdən asılılığın azaldılması proqramının bəhrəsini görür. Belə ki, ölkənin qeyri-neft ixracının həcmi 38,5% artıb. Bəs ölkədə milli iqtisadiyyatın şaxələndirilməsini necə həyata keçirir?
Dünya bazarında etibarlı karbohidrogen tədarükçüsü olan və neft və qaz satışından gələn gəlirlərin hesabına dövlət büdcənin böyük hissəsini formalaşdıran Azərbaycan iqtisadiyyatının neft-qaz ixracından asılılığının azaldılması qarşıya məqsəd qoyulub.
On ildən artıqdır ki, qəbul edilmiş milli proqramda iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün məqsədlər yazılıb, onlara nail olmağa imkan verəcək müəyyən yol xəritəsi yaradılıb. Belə ki, yol xəritəsinin əsas məqsədi ölkədə qeyri-neft istehsalı və ixracının dəstəklənməsi, emal sənayesinin genişləndirilməsi, əkinçilik və kənd yerlərinin artırılması, eləcə də turizmin inkişafıdır.
Hələ də həyata keçirilməkdə davam edən proqram artıq öz bəhrəsini verib. Belə ki, Dövlət Gömrük Xidmətinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan 965,5 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5% çoxdur. Bununla yanaşı, yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu (ÜDM 11,4% ) artıb.
Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanda qeyri-neft ÜDM-nin 2,5% artacağını proqnozlaşdırır.
İqtisadiyyatın şaxələndirilməsində yüksək texnologiyalar
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədovun sözlərinə görə, ölkəmizdə qeyri-neft və qeyri-xammal seqmentinin inkişafı yolu ilə iqtisadiyyatın şaxələndirilməsi mütləq prioritetdir.
© Sputnik / Murad OrujovElşad Məmmədov
Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Elşad Məmmədov
Ekspert hesab edir ki, bu prioritetin səmərəli şəkildə həyata keçirilməsi üçün milli iqtisadiyyatın innovativ sahələrinə diqqət yetirərək dərindən düşünülmüş investisiya siyasətinin həyata keçirilməsinə əsaslanan müvafiq makroiqtisadi siyasət vacibdir.
"Bu gün dünya iqtisadiyyatında yeni texnoloji nizam formalaşır və fikrimcə, yeni texnoloji nizamın əsas istiqamətləri informasiya-kommunikasiya texnologiyaları, biotexnologiyalar, nano-hüceyrəli texnologiyalar kompleksidir", - deyə Məmmədov Sputnik Azərbaycan-a bildirib.
Eyni zamanda, nano və hüceyrə texnologiyaları kompleksindən danışarkən onların tibbdə və sənaye istehsalında fəal istifadəsini nəzərə almaq lazımdır.
"Gen mühəndisliyi, süni intellekt kimi sahələrin inkişafı və iqtisadi kontekstdə tətbiqi kimi sahələrə sərmayə qoyulması lazımdır. Bununla yanaşı, emal sahəsinə sərmayə qoymaq lazımdır. Bu gün mənim məlumatlarıma görə , hasil edilən xammalın təxminən 3/4-ü məhz elə xammal şəklində ixrac olunur, bu, isə emal sahəsinə böyük investisiya potensialından xəbər verir", - deyə Məmmədov hesab edir.
"Eyni zamanda, texnologiyaları idxal etməklə texnoloji cəhətdən geridə qaldığımız sahələr üzrə ölkəmizdə istehsal qura biləcəyimiz istiqamətlərə investisiya qoymaq lazımdır", - deyə iqtisadçı vurğulayıb.
Prioritetdə Rusiya ilə əməkdaşlıq
Məmmədov qeyd edib ki, bütün investisiya siyasəti strateji planlaşdırma mexanizmlərinə əsaslanmalıdır.
Bununla yanaşı, ilk növbədə postsovet məkanında regional iqtisadi inteqrasiyanı dərinləşdirmək, yerli məhsulların satış bazarlarını genişləndirmək lazımdır.
"Bu kontekstdə Rusiya ilə əməkdaşlıq xarici iqtisadi gündəliyinin formalaşdırılması baxımından Azərbaycan üçün prioritet olmalıdır", - deyə Məmmədov bildirib.
Kənd təsərrüfatı və turizm - şaxələnmənin prioritetləri
İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycan uzun müddətdir ki, iqtisadiyyatının şaxələndirilməsindən danışır və burada ilk növbədə, iki sahə həmişə önə çıxıb - kənd təsərrüfatı və turizm.
"Amma təəssüf ki, ölkənin makroiqtisadi göstəricilərinə nəzər salsaq, neft-qaz amili büdcənin formalaşmasında və xarici ticarətdə böyük əhəmiyyətə və təsirə malikdir", - deyə Cəfərli bildirib.
© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Эксперт-экономист Натик Джафарли - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Natiq Cəfərli
İqtisadçı qeyd edib ki, bu gün ölkə büdcəsinin yarıdan çoxu Dövlət Neft Fondundan asılıdır, büdcənin dolayı asılılığını nəzərə almasaq, neft və qazdan asılılıq 65% təşkil edir. Çünki vergi ödəyən neft şirkətləri də var və bu da həmçinin neft pullarıdır.
"Azərbaycanın xarici iqtisadi əlaqələrində ixracımızın 90%-dən bir qədər çoxu neft-qaz sektorunun payına düşür. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi hökumətin ümid etdiyi nəticələri hələlik vermir", - deyə Cəfərli vurğulayıb.
İqtisadçı qeyd edib ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalı artır. O, bildirib ki, bu istiqamətdə yaxşı nəticələr var, lakin mütləq mənada bunlar hələ də makroiqtisadi göstəricilərdə və iqtisadiyyatın şaxələndirilməsi göstəricilərində mühüm rol oynaması üçün çox kiçik rəqəmlərdir.
"Ona görə də iqtisadiyyatın şaxələndirilməsi üçün hələ çox iş görülməlidir. Qeyri-neft sektoru ixracının ən azı 30-40%-ni təşkil etməsi xarici iqtisadi əlaqələrdə xüsusilə mühüm göstəricidir, yəni iqtisadiyyatımızın, bu şaxələndirmənin uğurla davam etməsi demək olacaq", - iqtisadçı bildirib.
Biznes özünü rahat hiss etməlidir
İqtisadçı Əkrəm Həsənovun fikrincə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün ilk növbədə biznesə əlverişli investisiya mühiti, sahibkarlıq fəaliyyəti üçün şərait yaradılması vacibdir ki, biznes özünü inamlı hiss etsin.
"Bazar iqtisadiyyatının üç sütunu bunlardır: birincisi mülkiyyət hüquqlarının qorunması, ikincisi müqavilələrin, yəni üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi, üçüncüsü isə sağlam rəqabətdir", - deyə Həsənov Sputnik Azərbaycan-a bildirib.
© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Əkrəm Həsənov
Ekspert hesab edir ki, Azərbaycanda bəzi məqamların həyata keçirilməsində müəyyən çətinliklər müşahidə olunur.
Həsənov bildirib ki, şaxələndirilmə məqsədlərinə nail olmaq üçün ölkəyə xarici biznes və kapital cəlb edəcək, eləcə də yerli əhali arasında sahibkarlığın inkişafına təkan verəcək biznes mühitini yaxşılaşdırmaq lazımdır.
KOBİA, AZPROMO və sənaye parkları
Milli iqtisadiyyatın şaxələndirilməsi çərçivəsində sahibkarlara dəstək verən, onların ölkədə fəaliyyətinin inkişafına və beynəlxalq bazarlara çıxmasına köməklik göstərən bir sıra qurum və orqanlar yaradılıb. Belə ki, Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyir - tədris proqramları keçirilir, subsidiyalar və kreditlər ayrılır, kiçik və orta biznes mallarının təşviqi üçün platformalar yaradılır.
Bundan əlavə, ölkədə Azərbaycan biznesinin beynəlxalq bazarlara çıxmasına kömək edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) yaradılıb. Agentlik vaxtaşırı Azərbaycan istehsalçılarına beynəlxalq yarmarka və sərgilərdə iştirak etməkdə köməklik edir, həmçinin yerli malların satış bazarını genişləndirir.
Eyni zamanda, AZPROMO Azərbaycana investisiyaların cəlb edilməsi üzrə aparıcı orqandır. O ölkənin cari iqtisadi inkişafını dəstəkləmək üçün ixrac yönümlü sektorlara birbaşa xarici investisiyaların cəlb edilməsinə və qeyri-neft sektorunun ixrac potensialının artırılmasına cavabdehdir.
Bununla yanaşı, Azərbaycanda sənaye parkları inkişaf etdirilir ki, bu da qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8%-ni təşkil edir.
Təkcə ötən il sənaye zonalarından ixrac 2020-ci illə müqayisədə 2,7 dəfə artıb. Bununla yanaşı, qeyri-neft sənayesi məhsullarının ixracı 30,8 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0