Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Analitik Əliyev və Paşinyan arasında Brüsseldə keçirilmiş görüş barədə

Abunə olmaq
Bakı və Yerevan sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk birgə iclasının keçirilməsi barədə razılığa gəliblər. Brüsseldəki görüşün nəticələrini videomuzda izləyə bilərsiniz.
Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə münasibətlərin qurulması üçün Brüssel platforması çox mühüm meydana çevrilir. Bu barədə politoloq, analitik Sahil İsgəndərov Sputnik Azərbaycan-a verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, görüşlərin gərgin şəraitdə keçməsinə rəğmən son görüşdə Şarl Mişelin vasitəçiliyi ilə altı istiqamət üzrə çox prinsipial razılaşmalar əldə olunub.
Xüsusilə, iki ölkənin sərhədində sərhəd komissiyalarının erkən iclasının keçirilməsi barədə razılıq əldə olunub.
"Bundan əlavə, yaxın vaxtlarda xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçiriləcəyi və burada sülh sazişinin imzalanmasının konkret müzakirə mövzusu olacağı açıqlanıb”, - deyə İsgəndərov vurğulayıb.
Sputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, Brüssel də Azərbaycanla onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında yolun Ermənistan ərazisindən keçməsində maraqlıdır.
Analitik hesab edir ki, Brüsseldə tez-tez baş tutan görüşlərə gəlincə, kəmiyyət artıq keyfiyyətə çevrilir.
“Brüssel hadisələri qabaqlayıb və son görüşün keçirilmə məqsədi bu idi ki, Yerevanın hərəkətləri Aİ-nin mövqelərini gözdən salmasın”, - deyə İsgəndərov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0