https://sputnik.az/20220523/xn-bascilari-ucterefli-beyanatlar-ve-muttefiqliyin-mohkemlendirilmesini-muzakire-edibler-442177871.html
XİN başçıları üçtərəfli bəyanatlar və müttəfiqliyin möhkəmləndirilməsini müzakirə ediblər
XİN başçıları üçtərəfli bəyanatlar və müttəfiqliyin möhkəmləndirilməsini müzakirə ediblər
Sputnik Azərbaycan
Tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T19:05+0400
2022-05-23T19:05+0400
2022-05-23T19:05+0400
lavrov
siyasət
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
baş nazir nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427819524_0:0:2211:1245_1920x0_80_0_0_06f89efc6e0fb309c4a898124f9c6b14.jpg
BAKI, 23 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli gündəmdəki məsələlərə, həmçinin iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar.Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427819524_88:0:2055:1475_1920x0_80_0_0_3cd1429d10c270a34973344735749c62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, baş nazir nikol paşinyan
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, baş nazir nikol paşinyan
XİN başçıları üçtərəfli bəyanatlar və müttəfiqliyin möhkəmləndirilməsini müzakirə ediblər
Tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.
BAKI, 23 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.
İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.
Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli gündəmdəki məsələlərə, həmçinin iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar.
Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.