Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuz sakini Bakıya verilişə gedib və geri qayıtmayıb

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidİnsan
İnsan - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Tovuz rayon Hunanlar kənd sakini may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən ARB telekanalına gedib və bir daha geri qayıtmayıb.
BAKI, 23 may — Sputnik. Tovuzda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən ARB telekanalına gedib və bir daha geri qayıtmayıb.
Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Xatırladaq ki, mayın 17-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət də daxil olub.
Hazırda Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0