https://sputnik.az/20220523/niye-azerbaycan-mektebleri-kriminal-zonaya-cevrilib-442103769.html
Niyə Azərbaycan məktəbləri kriminal zonaya çevrilib?
Niyə Azərbaycan məktəbləri kriminal zonaya çevrilib?
Sputnik Azərbaycan
Kamran Əsədov məktəblərdə psixoloji işin aparılması üçün vaxt ayrılmalı olduğunu söyləyir. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T09:30+0400
2022-05-23T09:30+0400
2022-05-22T23:29+0400
məktəb
təhsil
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_0:192:3261:2026_1920x0_80_0_0_383827892aba41df5a5f64f61bde96b4.jpg
BAKI, 23 may — Sputnik. Məktəblərdə baş verən neqativ hadisələr ictimaiyyətdə narahatlığa səbəb olub. Təhsil ocaqlarında ardı-ardına baş verən bıçaqlanma hadisələri cəmiyyətdə birmənalı qarşılanmır. Mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. İki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb. Məktəblərdə bıçaqlanma hadisələri ilə yanaşı zorakılıq halları da tez-tez qeydə alınır. Bu günlərdə Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.Bu kimi hadisələr tədris müəssisələrində şagird və müəllimlərin psixoloji durumu, məktəblərdə nizam-intizam məsələsini aktuallaşdırır.Telefona aludəçilik şagirdlərin psixologiyasına mənfi təsir edibTəhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə son günlər qeydə alınan arzuolunmaz hadisələr təhsil ocaqlarında nəzarət, psixoloji iş məsələsini gündəmə gətirib. Ekspert deyir ki, bu hadisələrin pandemiyadan, məsafədən təhsil dövründən sonraya təsadüf edir. Onun fikrincə, pandemiya dövründə şagirdlərin mobil telefon, planşetlərdən istifadə etməsi onların zərərli informasiyalar almasına, aqressiv davranmasına təsirsiz ötüşməyib: " Şagirdlər pandemiya dövründə mobil telefonlardan çox istifadə etdilər. Zorakı oyunlara aludəçilik onların psixologiyasına mənfi təsir göstərdi. Biz indi bunun zərərlərini müşahidə edirik".Psixoloqlara dərs saatı ayrılmalıdırK. Əsədov məktəblərdə şagirdlərlə psixoloji işin də zəif olduğunu söyləyir. Onun sözlərinə görə, məktəblərdə psixoloji iş aparmaq üçün saatlar ayrılmalıdır: "Məktəbə gedən şagirdlər fənnlər üzrə dərs saatlarında iştirak edib 6-7 saat dərsdən sonra evə qayıdırlar. Faktiki olaraq şagirdlərlə psixoloji söhbətin aparılmasına vaxt qalmır. Psixoloqun şagirdləri hansısa dərsdən ayırıb onlarla söhbət aparması mümkün deyil. Bəzi məktəblərdə psixoloqun ayrıca kabineti belə yoxdur ki, hansısa şagird gedib onu narahat edən məsələ ilə bağlı psixoloqla söhbət aparsın".Nizam-intizam gücləndirilməlidirEkspert bildirir ki, bundan əlavə məktəblərdə nizam-intizama nəzarət də zəifdir. Bütün bunlar isə məktəblərdə arzuolunmaz hadisələrin baş verməsinə rəvac verir.Şagirdlərin psixoloji pasportu hazırlanacaqQeyd edək ki, bir müddət öncə Bakıda məktəblərdə şagirdlərin psixoloji durumunun monitorinqinin aparılması məsələsi gündəmə gəlmişdi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Onun sözlərinə görə, şagirdlərin psixoloji monitorinqinin aparılmasına başlanılacaq: ""Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək".B. Məmmədov bildirib ki, şagirdlərin psixoloji bazasının hazırlanması istiqamətində iş hələki yekunlaşmayıb. Onun sözlərinə görə, bu xeyli vaxt aparan məsələdir. Bu istiqamətdə iş davam edir.Psixoloji iş gücləndirilməlidirBakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Əziz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə bu cür hadisələrin baş verməsi arzuolunan deyil. Psixoloq şagirdlər arasında bıçaqlanma hadisələrinin qeydə alınmasının onların psixoloji durumunda müəyyən problemlərin olduğuna əsas verdiyini bildirib. Ə. Kərimov hər iki hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib. O, məktəblərdə şagirdlərlə psixoloji işin gücləndirilməsinin vacib olduğunu öyləyib.Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, hər iki bıçaqlanma hadisəsi Nazirliyin diqqətindədir: "Hazırda hadisələrlə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək"Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. Bundan əlavə bənzər hadisə ötən ay Gəncə şəhərində baş verib. 9-cu sinifdə təhsil alan qız məktəbli yoldaşını bıçaqlamışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_343:0:3074:2048_1920x0_80_0_0_1c2e85e623e0239c6c34ce71782b04fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb
Niyə Azərbaycan məktəbləri kriminal zonaya çevrilib?
Kamran Əsədov məktəblərdə psixoloji işin aparılması üçün vaxt ayrılmalı olduğunu söyləyir.
BAKI, 23 may — Sputnik. Məktəblərdə baş verən neqativ hadisələr ictimaiyyətdə narahatlığa səbəb olub. Təhsil ocaqlarında ardı-ardına baş verən bıçaqlanma hadisələri cəmiyyətdə birmənalı qarşılanmır. Mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. İki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib.
Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb. Məktəblərdə bıçaqlanma hadisələri ilə yanaşı zorakılıq halları da tez-tez qeydə alınır. Bu günlərdə Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Bu kimi hadisələr tədris müəssisələrində şagird və müəllimlərin psixoloji durumu, məktəblərdə nizam-intizam məsələsini aktuallaşdırır.
Telefona aludəçilik şagirdlərin psixologiyasına mənfi təsir edib
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə son günlər qeydə alınan arzuolunmaz hadisələr təhsil ocaqlarında nəzarət, psixoloji iş məsələsini gündəmə gətirib. Ekspert deyir ki, bu hadisələrin pandemiyadan, məsafədən təhsil dövründən sonraya təsadüf edir.
Onun fikrincə, pandemiya dövründə şagirdlərin mobil telefon, planşetlərdən istifadə etməsi onların zərərli informasiyalar almasına, aqressiv davranmasına təsirsiz ötüşməyib: " Şagirdlər pandemiya dövründə mobil telefonlardan çox istifadə etdilər. Zorakı oyunlara aludəçilik onların psixologiyasına mənfi təsir göstərdi. Biz indi bunun zərərlərini müşahidə edirik".
Psixoloqlara dərs saatı ayrılmalıdır
K. Əsədov məktəblərdə şagirdlərlə psixoloji işin də zəif olduğunu söyləyir. Onun sözlərinə görə, məktəblərdə psixoloji iş aparmaq üçün saatlar ayrılmalıdır: "Məktəbə gedən şagirdlər fənnlər üzrə dərs saatlarında iştirak edib 6-7 saat dərsdən sonra evə qayıdırlar. Faktiki olaraq şagirdlərlə psixoloji söhbətin aparılmasına vaxt qalmır. Psixoloqun şagirdləri hansısa dərsdən ayırıb onlarla söhbət aparması mümkün deyil. Bəzi məktəblərdə psixoloqun ayrıca kabineti belə yoxdur ki, hansısa şagird gedib onu narahat edən məsələ ilə bağlı psixoloqla söhbət aparsın".
Nizam-intizam gücləndirilməlidir
Ekspert bildirir ki, bundan əlavə məktəblərdə nizam-intizama nəzarət də zəifdir. Bütün bunlar isə məktəblərdə arzuolunmaz hadisələrin baş verməsinə rəvac verir.
Şagirdlərin psixoloji pasportu hazırlanacaq
Qeyd edək ki, bir müddət öncə Bakıda məktəblərdə şagirdlərin psixoloji durumunun monitorinqinin aparılması məsələsi gündəmə gəlmişdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Onun sözlərinə görə, şagirdlərin psixoloji monitorinqinin aparılmasına başlanılacaq: ""Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər.
Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək".
B. Məmmədov bildirib ki, şagirdlərin psixoloji bazasının hazırlanması istiqamətində iş hələki yekunlaşmayıb. Onun sözlərinə görə, bu xeyli vaxt aparan məsələdir. Bu istiqamətdə iş davam edir.
Psixoloji iş gücləndirilməlidir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Əziz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə bu cür hadisələrin baş verməsi arzuolunan deyil. Psixoloq şagirdlər arasında bıçaqlanma hadisələrinin qeydə alınmasının onların psixoloji durumunda müəyyən problemlərin olduğuna əsas verdiyini bildirib. Ə. Kərimov hər iki hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib. O, məktəblərdə şagirdlərlə psixoloji işin gücləndirilməsinin vacib olduğunu öyləyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, hər iki bıçaqlanma hadisəsi Nazirliyin diqqətindədir: "Hazırda hadisələrlə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək"
Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. Bundan əlavə bənzər hadisə ötən ay Gəncə şəhərində baş verib. 9-cu sinifdə təhsil alan qız məktəbli yoldaşını bıçaqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.