https://sputnik.az/20220523/nikol-pasinyan-azerbaycanla-serhedlerin-delimitasiyasi-uzre-komissiya-yaradib-442179738.html
Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb
Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb
Sputnik Azərbaycan
Paşinyanın imzaladığı fərmana əsasən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik... 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T19:58+0400
2022-05-23T19:58+0400
2022-05-23T20:03+0400
siyasət
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
prezident ilham əliyev
sərəncam
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425715668_0:0:2228:1253_1920x0_80_0_0_227a54769c0f1396d1fb9c08c290893f.jpg
BAKI, 23 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.Fərmana əsasən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək.Ermənistanın elektron hökumət portalında qeyd edilib ki, komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək, onun tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaq. Xüsusilə, komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da daxil olacaq. Bundan başqa, komissiyanın tərkibinə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, MTX Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, Milli Təhlükəsizlik Xidmətinin departamentlərindən birinin rəhbəri David Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan daxildir. İlham Əliyev də bu barədə sərəncam imzalayıbQeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyev sərəncamı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.Sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:Komissiyanın sədriŞahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müaviniKomissiyanın üzvləriAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müaviniAzərbaycan Respublikası xarici işlər nazirinin müaviniAzərbaycan Respublikası daxili işlər nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası ədliyyə nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası müdafiə nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müaviniAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müaviniAzərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müaviniAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müaviniAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisiAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiriQazax Rayon İcra Hakimiyyətinin başçısıAğstafa Rayon İcra Hakimiyyətinin başçısıTovuz Rayon İcra Hakimiyyətinin başçısıGədəbəy Rayon İcra Hakimiyyətinin başçısıDaşkəsən Rayon İcra Hakimiyyətinin başçısıKəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıLaçın Rayon İcra Hakimiyyətinin başçısıQubadlı Rayon İcra Hakimiyyətinin başçısıZəngilan Rayon İcra Hakimiyyətinin başçısı.Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220523/azerbaycan-ermenistan-dovlet-serhedinin-delimitasiyasi-uzre-dovlet-komissiyasi-yaradildi-442179284.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425715668_181:0:2228:1535_1920x0_80_0_0_755576fa263040cb242d5186f411444d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, prezident ilham əliyev, sərəncam
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, prezident ilham əliyev, sərəncam
Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb
19:58 23.05.2022 (Yenilənib: 20:03 23.05.2022) Paşinyanın imzaladığı fərmana əsasən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək.
BAKI, 23 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Fərmana əsasən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək.
Ermənistanın elektron hökumət portalında qeyd edilib ki, komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək, onun tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaq.
Xüsusilə, komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da daxil olacaq.
Bundan başqa, komissiyanın tərkibinə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, MTX Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, Milli Təhlükəsizlik Xidmətinin departamentlərindən birinin rəhbəri David Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan daxildir.
İlham Əliyev də bu barədə sərəncam imzalayıb
Qeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyev sərəncamı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.