https://sputnik.az/20220523/menzil-ve-restoranlardan-toplanan-tullanti-yaglar-yeniden-emal-edilir-442145141.html
Mənzil və restoranlardan toplanan tullantı yağlar yenidən emal edilir?
Mənzil və restoranlardan toplanan tullantı yağlar yenidən emal edilir?
Sputnik Azərbaycan
İstehsal gücü 220 tonadək olan zavod Rusiya, Ukrayna və Belarusiyaya məhsul ixrac edir. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T10:00+0400
2022-05-23T10:00+0400
2022-05-23T10:00+0400
yağ
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426234499_0:0:3073:1728_1920x0_80_0_0_dd366daf1f6da25f6565739b254abaec.jpg
BAKI, 23 may — Sputnik. Azərbaycanda hər ay tonlarla tullantı qida yağları yığılır, onlardan texniki yağlar əldə edilir. Həmin texniki xammaldan Avropada biodizel, Azərbaycanda isə solidol, litol, sürtkü yağları, hidravlik yağlar istehsal olunur. Bu yağlar heç bir halda qida zəncirinə daxil edilmir.Bunu "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin "Balaxanı Sənaye Parkı"da 2017-ci ildən fəaliyyət göstərən, Azərbaycanda ilk dəfə olaraq tullantı qida yağlarının texniki məqsədlə utilizasiyasını həyata keçirən yeganə şirkət "Bioropean" MMC-nin əməliyyatlar üzrə meneceri Rəfail Əsgərov deyib.Ətraf mühitin qorunmasını hədəf seçən şirkət bu yağların toplanması üçün restoran, iaşə obyektləri ilə rəsmi müqavilə bağlayıb.Şirkət həmçinin "Evdə yığın, biz gəlib götürək" şüarı ilə bu yağların mənzillərdən toplanmasını da həyata keçirir. Ətraf mühitə fayda vermək üçün isə (055) 454 11 21 nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.R.Əsgərov bildirir ki, burada əsas məqsədlərdən biri su kirliliyinin qarşısını almaqdır: "1 litr tullantı yağı 100 ton təmiz suyu çirkləndirir".Tullantı qida yağlarının kanalizasiya sisteminə axıdılması və ya zibil olaraq poliqonlara tullanılması ətraf mühitin və təmiz suların çirklənməsinə səbəb olur. Bu səbəbdən şirkətin əsas məqsədlərindən biri də yemək bişirdilkdən sonra tullantı qida yağlarının kanalizasiyaya axıdılmasının qarşısını almaqla suyun çirklənməsini önləməkdir. Bununla həmçinin emissiyanın da qarşısı alınır.Şirkətdən verilən məlumatda bildirilir ki, Xəzər dənizinin çirklənməsinin başlıca amillərindən biri tullantı qida yağları hesab edilir. Bundan başqa, dəniz suyunun üst hissəsi yağla örtüldüyü üçün oksigen mübadiləsi zəifləyir və bir çox canlılar məhv olur."Balaxanı Sənaye Parkı"nın rezidentlərdən biri, sənayedə işlənmiş yağların təkrar emalı ilə məşğul olan "EKOKAT" MMC də ekoloji olaraq daha sağlam aksiyalarla diqqət çəkir. Belə ki, şirkət işlənmiş mühərrik yağlarının təkrar emalı nəticəsində baza yağlarının alınmasını, növbəti mərhələdə isə yüksək keyfiyyətli sürtkü yağlarının əldə olunmasını həyata keçirir.Rusiya, Belarusiya və Ukaynaya yağ ixrac edən zavodun istehsal gücü isə 220 tona qədərdir və burada 4 cür yağ istehsal edilir və onlar - 40 dərəcə ilə +270 dərəcəyədək işləmə qabiliyyətinə malik olan yağlardır.Şirkətin əsas hədəfi yerli bazarı tam olaraq Azərbaycan istehsalı olan sürtkü yağları ilə təmin etmək və buna paralel olaraq xarici bazarları da fəth etməkdir.Qeyd edək ki, biodizel bitki və ya heyvanlardan alınan və uzun zəncirli yağ turşusu esterlərindən ibarət olan dizel yanacağının bir növüdür. Tipik olaraq heyvan yağı, soya yağı və ya digər bitki yağı kimi lipidlərin bir metil, etil və ya propil esteri meydana gətirərək bir spirt ilə kimyəvi reaksiya verərək hazırlanır. Ətraf mühit üçün ziyani digər yanacaq növlərindən qat-qat aşağıdır.Qeyd edək ki, dünyanın bir çox ölkələri ekoloji sağlamlığı qorumaq, xüsusən emissiyanın həcmi və su kirliliyinin qarşısını azaltmaq, rəqəmləri daha da minimuma endirmək üçün tullantı qida və texniki yağların toplanılmasını həyata keçirir. Böyük Britaniyada bu yağlardan həm də təyyarələr üçün istifadə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426234499_142:0:2873:2048_1920x0_80_0_0_a9764acf13c50ca94657acdfd06cdba1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yağ
Mənzil və restoranlardan toplanan tullantı yağlar yenidən emal edilir?
İstehsal gücü 220 tonadək olan zavod Rusiya, Ukrayna və Belarusiyaya məhsul ixrac edir.
BAKI, 23 may — Sputnik. Azərbaycanda hər ay tonlarla tullantı qida yağları yığılır, onlardan texniki yağlar əldə edilir. Həmin texniki xammaldan Avropada biodizel, Azərbaycanda isə solidol, litol, sürtkü yağları, hidravlik yağlar istehsal olunur. Bu yağlar heç bir halda qida zəncirinə daxil edilmir.
Bunu "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin "Balaxanı Sənaye Parkı"da 2017-ci ildən fəaliyyət göstərən, Azərbaycanda ilk dəfə olaraq tullantı qida yağlarının texniki məqsədlə utilizasiyasını həyata keçirən yeganə şirkət "Bioropean" MMC-nin əməliyyatlar üzrə meneceri Rəfail Əsgərov deyib.
Ətraf mühitin qorunmasını hədəf seçən şirkət bu yağların toplanması üçün restoran, iaşə obyektləri ilə rəsmi müqavilə bağlayıb.
Şirkət həmçinin "Evdə yığın, biz gəlib götürək" şüarı ilə bu yağların mənzillərdən toplanmasını da həyata keçirir. Ətraf mühitə fayda vermək üçün isə (055) 454 11 21 nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.
R.Əsgərov bildirir ki, burada əsas məqsədlərdən biri su kirliliyinin qarşısını almaqdır: "1 litr tullantı yağı 100 ton təmiz suyu çirkləndirir".
Tullantı qida yağlarının kanalizasiya sisteminə axıdılması və ya zibil olaraq poliqonlara tullanılması ətraf mühitin və təmiz suların çirklənməsinə səbəb olur. Bu səbəbdən şirkətin əsas məqsədlərindən biri də yemək bişirdilkdən sonra tullantı qida yağlarının kanalizasiyaya axıdılmasının qarşısını almaqla suyun çirklənməsini önləməkdir. Bununla həmçinin emissiyanın da qarşısı alınır.
Şirkətdən verilən məlumatda bildirilir ki, Xəzər dənizinin çirklənməsinin başlıca amillərindən biri tullantı qida yağları hesab edilir. Bundan başqa, dəniz suyunun üst hissəsi yağla örtüldüyü üçün oksigen mübadiləsi zəifləyir və bir çox canlılar məhv olur.
"Balaxanı Sənaye Parkı"nın rezidentlərdən biri, sənayedə işlənmiş yağların təkrar emalı ilə məşğul olan "EKOKAT" MMC də ekoloji olaraq daha sağlam aksiyalarla diqqət çəkir. Belə ki, şirkət işlənmiş mühərrik yağlarının təkrar emalı nəticəsində baza yağlarının alınmasını, növbəti mərhələdə isə yüksək keyfiyyətli sürtkü yağlarının əldə olunmasını həyata keçirir.
Rusiya, Belarusiya və Ukaynaya yağ ixrac edən zavodun istehsal gücü isə 220 tona qədərdir və burada 4 cür yağ istehsal edilir və onlar - 40 dərəcə ilə +270 dərəcəyədək işləmə qabiliyyətinə malik olan yağlardır.
Şirkətin əsas hədəfi yerli bazarı tam olaraq Azərbaycan istehsalı olan sürtkü yağları ilə təmin etmək və buna paralel olaraq xarici bazarları da fəth etməkdir.
Qeyd edək ki, biodizel bitki və ya heyvanlardan alınan və uzun zəncirli yağ turşusu esterlərindən ibarət olan dizel yanacağının bir növüdür. Tipik olaraq heyvan yağı, soya yağı və ya digər bitki yağı kimi lipidlərin bir metil, etil və ya propil esteri meydana gətirərək bir spirt ilə kimyəvi reaksiya verərək hazırlanır. Ətraf mühit üçün ziyani digər yanacaq növlərindən qat-qat aşağıdır.
Qeyd edək ki, dünyanın bir çox ölkələri ekoloji sağlamlığı qorumaq, xüsusən emissiyanın həcmi və su kirliliyinin qarşısını azaltmaq, rəqəmləri daha da minimuma endirmək üçün tullantı qida və texniki yağların toplanılmasını həyata keçirir. Böyük Britaniyada bu yağlardan həm də təyyarələr üçün istifadə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.