https://sputnik.az/20220523/erdogan-svec-ve-finlandiyani-secim-qarsisinda-qoydu-442182321.html
Ərdoğan İsveç və Finlandiyanı seçim qarşısında qoydu
Ərdoğan İsveç və Finlandiyanı seçim qarşısında qoydu
Sputnik Azərbaycan
Prezident deyib ki, bu ölkələr artıq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T21:47+0400
2022-05-23T21:47+0400
2022-05-23T22:39+0400
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
nato
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427965028_0:0:2408:1355_1920x0_80_0_0_3aab817dba733a407aac1d68c4091c60.jpg
BAKI, 23 may - Sputnik. Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyəyə qarşı atılan addımlar qəbul edilməyəcək. Ərdoğan deyib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artıq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, - deyə Türkiyə prezidenti bildirib.Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.Ərdoğan həmçinin Türkiyə sərhədlərində antiterror əməliyyatlarının başladığını açıqlayıb.Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, "Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi vəzifəmizi davam etdirəcəyik" deyib. Türkiyə Silahlı Qüvvələri hazırda İraqın şimalında ölkədə qadağan olunmuş PKK*-ya qarşı əməliyyat keçirir. *Azərbaycan və Türkiyə ərazisində qadağan edilibDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427965028_64:0:2345:1711_1920x0_80_0_0_ee723bd0c3e0929cf2600db15d1ad817.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato
Ərdoğan İsveç və Finlandiyanı seçim qarşısında qoydu
21:47 23.05.2022 (Yenilənib: 22:39 23.05.2022) Prezident deyib ki, bu ölkələr artıq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər.
BAKI, 23 may - Sputnik. Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyəyə qarşı atılan addımlar qəbul edilməyəcək.
Ərdoğan deyib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.
“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artıq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, - deyə Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.
Ərdoğan həmçinin Türkiyə sərhədlərində antiterror əməliyyatlarının başladığını açıqlayıb.
Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, "Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi vəzifəmizi davam etdirəcəyik" deyib.
Türkiyə Silahlı Qüvvələri hazırda İraqın şimalında ölkədə qadağan olunmuş PKK*-ya qarşı əməliyyat keçirir.
*Azərbaycan və Türkiyə ərazisində qadağan edilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.