https://sputnik.az/20220523/efv-meseleleri-komissiyasinin-novbeti-iclasi-kecirilecek-442157922.html
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Sputnik Azərbaycan
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T10:51+0400
2022-05-23T10:51+0400
2022-05-23T11:01+0400
əfv sərəncamı
cəmiyyət
əfv məsələləri komissiyası
iclas
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929060_0:160:3072:1888_1920x0_80_0_0_c2526335a291fd01d482ef7dfae2c4ab.jpg
BAKI, 23 may — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.Report bildirir ki, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.Qeyd edək ki, 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağı ehtimal olunur. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil.Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220520/efv-komissiyasi-kriteriyalarini-aciqladi-huseyn-abdullayev-efv-ucun-muraciet-edib-442109550.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929060_171:0:2902:2048_1920x0_80_0_0_befe125ce3e155e8b992604aa21306e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əfv sərəncamı, əfv məsələləri komissiyası, iclas
əfv sərəncamı, əfv məsələləri komissiyası, iclas
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
10:51 23.05.2022 (Yenilənib: 11:01 23.05.2022) Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.
BAKI, 23 may — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Report bildirir ki, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.
Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağı ehtimal olunur. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.