Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM "qeyri-məqbul" qiymət alanlara müraciət etdi

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidİmtahan nəticələrini öyrənən tələbələr, arxiv şəkli
İmtahan nəticələrini öyrənən tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
DİM bildirib ki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün "Azərbaycan dili" imtahanına (ikinci cəhd) qeydiyyat yaxın 2 gün ərzində elan ediləcək.
BAKI, 23 may — Sputnik. Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər 31 may saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Məlumat üçün bildirək ki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün "Azərbaycan dili" imtahanına (ikinci cəhd) qeydiyyat isə yaxın 2 gün ərzində elan ediləcək.
"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0