DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-a xəbərdarlıq etdi: hərəkətlərinizə diqqət edin

© AP Photo / Ng Han GuanÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Tayvan Çinin ayrılmaz hissəsidir və Çin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün qəti addımlar atacaq.
BAKI, 23 may — Sputnik. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Çin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün qəti addımlar atacaq və ABŞ-ı Tayvan məsələsi ilə bağlı bəyanatlarında və hərəkətlərində diqqətli olmağa çağırır.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin ABŞ prezidenti Co Baydenin ABŞ ordusunun Tayvanın müdafiəsində iştirakına hazır olması barədə sözlərini şərh edərkən bildirib.
"Biz ABŞ tərəfini Vahid Çin Prinsipinə və üç Çin-ABŞ birgə kommunikelərinə səmimiyyətlə riayət etməyə, Tayvanın müstəqilliyini dəstəkləməmək üzrə öhdəliklərini yerinə yetirməyə, Tayvan məsələsində davranışlarında diqqətli olmağa və separatçı qüvvələrə hər hansı bir yanlış məlumat göndərməməyə çağırırıq", - departamentin rəsmi nümayəndəsi bildirib.
Van Venbin vurğulayıb ki, Tayvan Çinin ayrılmaz hissəsidir və Çin "öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün qəti addımlar atacaq.
Xatırladaq ki, Co Bayden ABŞ-ın ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazır olduğunu bildirib.
Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, Rusiyanın Ukraynanı işğal etməsindən sonra özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib.
O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib.
Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0