https://sputnik.az/20220523/bayramovla-lavrov-ermenistanla-dovlet-serhedinin-delimitasiyasini-muzakire-edibler-442179567.html
Bayramovla Lavrov Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Bayramovla Lavrov Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Sputnik Azərbaycan
XİN başçıları bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması... 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T20:20+0400
2022-05-23T20:20+0400
2022-05-23T20:20+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888274_0:0:3449:1941_1920x0_80_0_0_efce3678486c3d3f342e688f978cf84d.jpg
BAKI, 23 may - Sputnik. 23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.Nazirlər həmçinin ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri telefon bağlantısı zamanı müzakirə ediblər.Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli gündəmdəki məsələlərə, həmçinin iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar.Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888274_718:0:3449:2048_1920x0_80_0_0_53985e9db72177ef229d763446d88798.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ararat mirzoyan
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ararat mirzoyan
Bayramovla Lavrov Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
XİN başçıları bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması üzrə fikir mübadiləsi aparıblar.
BAKI, 23 may - Sputnik. 23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri telefon bağlantısı zamanı müzakirə ediblər.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.
İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.
Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli gündəmdəki məsələlərə, həmçinin iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar.
Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.