https://sputnik.az/20220523/azerbaycanla-bmt-arasinda-yeni-sened-imzalanacaq-442163643.html
Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq
Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq
Sputnik Azərbaycan
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda... 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T14:15+0400
2022-05-23T14:15+0400
2022-05-23T14:15+0400
bmt
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 23 may — Sputnik. "Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memorandum imzalayacağıq".Bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda keçirilən ictimai müzakirədə deyib.O bildirib ki, Agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Qurum olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək niyyətindəyik. Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans oldu, orada QHT-lərlə görüşlər keçirdik. QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil".Müzakirədə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir."Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir", - sektor müdiri vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt
Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.
BAKI, 23 may — Sputnik. "Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memorandum imzalayacağıq".
Bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, Agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Qurum olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək niyyətindəyik. Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans oldu, orada QHT-lərlə görüşlər keçirdik. QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil".
Müzakirədə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.
O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir.
"Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir", - sektor müdiri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.