https://sputnik.az/20220523/azerbaycandan-coxlu-enerji-resurslari-teleb-olunur---mikayil-cabbarov-442175318.html
Azərbaycandan çoxlu enerji resursları tələb olunur - Mikayıl Cabbarov
Azərbaycandan çoxlu enerji resursları tələb olunur - Mikayıl Cabbarov
Sputnik Azərbaycan
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur və ölkəmiz bazarı təmin etməyə çalışır. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T18:44+0400
2022-05-23T18:44+0400
2022-05-23T18:44+0400
mikayıl cabbarov
iqtisadiyyat
davos
https://cdnn1.img.sputnik.az/img/42252/97/422529711_0:0:2000:1125_1920x0_80_0_0_52e373c31494e64d80675f66a02b4e5f.jpg
BAKI, 23 may — Sputnik. Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var.Bunu Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sualı cavablandıran nazir izah edib ki, Avropa ilə yanaşı, Azərbaycan həmçinin, Gürcüstan və Türkiyə üçün əsas təchizatçılardan biridir."Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. Həcmi (keçirmə qabiliyyəti) hazırda qeyd etdiyinizdən (20 milyard kubmetr) çoxdur. Qeyd olunan rəqəm yalnız Avropa bazarına çatan həcmdir. İkinci sual ondan ibarətdir ki, bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var", - deyə, Mikayıl Cabbarov bildirib.Nazir enerji resurslarını bugünkü ən böyük dilemma adlandırıb."Hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur, bizdə bunlar var və biz bazarı təmin etməyə çalışırıq... Xəzər qazının və Azərbaycan qazının əhəmiyyəti diqqətdən kənarda qalmayan məsələdir", - nazir əlavə edib.Mikayıl Cabbarovun sözlərinə görə, Transxəzər dəhlizinin açılması Çindən Qərbə və əks istiqamətdə həm enerji, həm də yük daşımalarının həyata keçirilməsində böyük rol oynayacaq. Bununla bağlı, o, qonşu dövlətlərlə artıq müvafiq birgə investisiya layihələrinin hazırlandığını vurğulayıb.Xatırladaq ki, mayın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayıb.Mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçirilir. (APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/97/422529711_227:0:2000:1330_1920x0_80_0_0_ceb53cd99a24296510f13fd955421aa6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mikayıl cabbarov, davos
Azərbaycandan çoxlu enerji resursları tələb olunur - Mikayıl Cabbarov
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur və ölkəmiz bazarı təmin etməyə çalışır.
BAKI, 23 may — Sputnik. Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var.
Bunu Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sualı cavablandıran nazir izah edib ki, Avropa ilə yanaşı, Azərbaycan həmçinin, Gürcüstan və Türkiyə üçün əsas təchizatçılardan biridir.
"Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. Həcmi (keçirmə qabiliyyəti) hazırda qeyd etdiyinizdən (20 milyard kubmetr) çoxdur. Qeyd olunan rəqəm yalnız Avropa bazarına çatan həcmdir. İkinci sual ondan ibarətdir ki, bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var", - deyə, Mikayıl Cabbarov bildirib.
Nazir enerji resurslarını bugünkü ən böyük dilemma adlandırıb.
"Hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur, bizdə bunlar var və biz bazarı təmin etməyə çalışırıq... Xəzər qazının və Azərbaycan qazının əhəmiyyəti diqqətdən kənarda qalmayan məsələdir", - nazir əlavə edib.
Mikayıl Cabbarovun sözlərinə görə, Transxəzər dəhlizinin açılması Çindən Qərbə və əks istiqamətdə həm enerji, həm də yük daşımalarının həyata keçirilməsində böyük rol oynayacaq. Bununla bağlı, o, qonşu dövlətlərlə artıq müvafiq birgə investisiya layihələrinin hazırlandığını vurğulayıb.
Xatırladaq ki, mayın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayıb.
Mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçirilir. (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.