SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç ölkənin parlamentariləri Şuşada toplaşdı: Mühüm məsələlər müzakirə olunub

© Photo : REPORTAzərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri azad edilmiş ərazilərə səfər ediblər
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri azad edilmiş ərazilərə səfər ediblər - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub, sonra Şuşa şəhərinə yola düşüblər.
BAKI, 22 may — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclası başa çatıb.
Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra parlamentarilər Şuşa şəhərindəki bir sıra tarixi-mədəni abidələri yerləri ziyarət edəcəklər, Cıdır düzündə olacaqlar.
***
Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.
Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.
Qeyd edək ki, Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Xatırladaq ki, bundan əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) üçüncü ümumi konfransının iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhərinə səfər edib. Şuşa artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilib. Beynəlxalq sazişlərin məhz Şuşada bağlanması bu məkanın siyasi çəkisini günü-gündən artırır.
***
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkədə məlumat yayıb.
Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub, sonra Şuşa şəhərinə yola düşüblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0