CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt və Xırdalan sakinlərinə şad xəbər: Tıxacın qarşısı tam alınacaq

© Azerbaijan Highway State AgencyXırdalan yolundakı körpünün söküntüsü
Xırdalan yolundakı körpünün söküntüsü - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Bakı-Sumqayıt" şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
BAKI, 22 may — Sputnik. "Bakı-Sumqayıt" şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu Bakı şəhərinin Baş Planı 2040" sənədində öz əksini tapıb. Sənədə görə, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolu planlaşdırılır.
Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə "Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov" həlqəvi marşrutunun, habelə "Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu" Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.
"Zığ-Aeroport" şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə "Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı" həlqəvi magistralın yaradılması nəzərdə tutulur. Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə "Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-"Ağ şəhər"-Nobel prospekti" yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılır.
Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə "Zığ-Hövsan" şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması planlaşdırılır.
Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2550 km-ə çatdırılması planlaşdırılır.
Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur.
Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırki 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Baş Planda metro nəqliyyatı sisteminin inkişafı, dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişafı, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı, velosiped yolları şəbəkəsinin yaradılması və inkişafı, tranzit qovşaqların yaradılması və inkişafı, xüsusi ictimai nəqliyyat zolaqları şəbəkəsinin genişləndirilməsi və inkişafı öz əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0