DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda SEPAH-ın polkovniki öldürülüb

© AP Photo / Burhan Ozbiliciİran bayrağı, arxiv şəkli
İran bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) polkovniki Səyyad Xodainin əks-inqilabçılar tərəfindən öldürüldüyü ehtimal edilir.
BAKI, 22 may - Sputnik. İran paytaxtı Tehranda İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) polkovniki Səyyad Xodai terror aktı nəticəsində öldürülüb.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun ictimaiyyətlə əlaqədar şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün axşam saatlarında Tehranın Mocahedin İslam küçəsində baş verib. Belə ki, iki motosikletçi polkovnikə 5 dəfə atəş açıb və mənzilinin qarşısında onu qətlə yetirib.
Məlumatda bildirilir ki, terror aktını törədən şəxslər axtarışa verilib. Terrora məruz qalan polkovnik S.Xodayi Suriyada döyüşüb. Onun əks-inqilabçılar tərəfindən öldürüldüyü ehtimal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0