https://sputnik.az/20220522/milli-meclis-aparatinda-kadr-islahatlari-bas-verib-442148253.html
Milli Məclis Aparatında kadr islahatları baş verib
Milli Məclis Aparatında kadr islahatları baş verib
Sputnik Azərbaycan
Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında bir neçə şəxs yeni vəzifələrə təyinat alıb. 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T14:23+0400
2022-05-22T14:23+0400
2022-05-22T16:14+0400
azərbaycan xəbərləri
milli məclis
sahibə qafarova
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_0:0:2001:1125_1920x0_80_0_0_b34e8b55192629ebc6248faab00b2963.jpg
BAKI, 22 may — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.Milli Məclisdən verilən məlumata görə, sədrin sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.Qeyd edilib ki, o, uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdir.Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunublar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilib. Qeyd edək ki, Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev bir müddət öncə təqaüdə göndərilib. Fərid Hacıyev Milli Məclisin Aparatına yeni rəhbər təyin edilib.Bundan əvvəl F.Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_104:0:1881:1333_1920x0_80_0_0_11fb05e8adbbe48b17d68d8dea87291a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
milli məclis, sahibə qafarova
milli məclis, sahibə qafarova
Milli Məclis Aparatında kadr islahatları baş verib
14:23 22.05.2022 (Yenilənib: 16:14 22.05.2022) Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında bir neçə şəxs yeni vəzifələrə təyinat alıb.
BAKI, 22 may — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.
Milli Məclisdən verilən məlumata görə, sədrin sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
Qeyd edilib ki, o, uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdir.
Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar.
İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunublar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilib.
Qeyd edək ki, Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev bir müddət öncə təqaüdə göndərilib. Fərid Hacıyev Milli Məclisin Aparatına yeni rəhbər təyin edilib.
Bundan əvvəl F.Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.