https://sputnik.az/20220522/meymun-ciceyi-dunyani-agusuna-almaga-baslayib-ust-12-olkede-virus-xeberdarligi-etdi-442143890.html
"Meymun çiçəyi" dünyanı ağuşuna almağa başlayıb: ÜST 12 ölkədə virus xəbərdarlığı etdi
"Meymun çiçəyi" dünyanı ağuşuna almağa başlayıb: ÜST 12 ölkədə virus xəbərdarlığı etdi
Sputnik Azərbaycan
ÜST "meymun çiçəyi" xəstəliyinə yoluxmaların sayının 90-nı ötdüyünü bildirsə də, Avropada artıq 100-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T10:50+0400
2022-05-22T10:50+0400
2022-05-22T11:48+0400
səhiyyə
meymun
üst
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_0:134:3001:1822_1920x0_80_0_0_e8f240653d2dff6e22146fc2546ce1c1.jpg
BAKI, 22 may - Sputnik. Avropada 100-dən çox təsdiqlənmiş meymun çiçəyinə yoluxma halı qeydə alınıb. Bu barədə "Sky News" məlumat yayıb. Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.Yeni virusun aktiv şəkildə yayılması fonunda bir çoxları amerikalı milyarder Bill Qeytsin bir il əvvəl bioterrorçuların yayacağı çiçək xəstəliyi və "mikroblarla manipulyasiya" haqqında bəhs etdiyi həmin o videonu xatırlayıb. Bütün baş verənləri nəzərə alaraq belə bir sual yaranır: milyarder qabaqcadan bunların olacağını ehtimal edirdi, yoxsa artıq bilirdi?Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, "meymun çiçəyi" xəstəliyinə yoluxmaların sayı 90-nı ötüb. ÜST-ə "meymun çiçəyi" xəstəliyinə 92 təsdiqlənmiş və 28 şübhəli yoluxma halı barədə məlumat daxil olub. Bu barədə təşkilatın "Twitter" səhifəsində bildirilir. Məlumata görə, yoluxma halları dünyanın 12 ölkəsində qeydə alınıb.Qeyd olunur ki, "meymun çiçəyi" xəstəliyinin endemik olduğu bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən edilməyib.TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, virusa lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilaktik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub:"Su çiçəyi və "meymun çiçəyi”ninin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə "meymun çiçəyi" xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir".Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının ötən gün yaydığı məlumatda bildirilirdi ki, mayın 21-dək "meymun çiçəyi" infeksiyasına 80 nəfərin yoluxması təsdiq olunub, daha 50 yoluxma şübhəsi araşdırılır.""ÜST və tərəfdaşları yayılma dərəcəsi və yoluxmanın ortaya çıxması səbəblərini öyrənmək üçün işlər aparır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220521/ust-meymun-ciceyine-yoluxanlarin-sayini-aciqlayib-442134666.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_196:0:2803:1955_1920x0_80_0_0_3b74b004efd56013aa5c550473aed5e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
meymun, üst
"Meymun çiçəyi" dünyanı ağuşuna almağa başlayıb: ÜST 12 ölkədə virus xəbərdarlığı etdi
10:50 22.05.2022 (Yenilənib: 11:48 22.05.2022) ÜST "meymun çiçəyi" xəstəliyinə yoluxmaların sayının 90-nı ötdüyünü bildirsə də, Avropada artıq 100-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
BAKI, 22 may - Sputnik. Avropada 100-dən çox təsdiqlənmiş meymun çiçəyinə yoluxma halı qeydə alınıb. Bu barədə "Sky News" məlumat yayıb.
Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Yeni virusun aktiv şəkildə yayılması fonunda bir çoxları amerikalı milyarder Bill Qeytsin bir il əvvəl bioterrorçuların yayacağı çiçək xəstəliyi və "mikroblarla manipulyasiya" haqqında bəhs etdiyi həmin o videonu xatırlayıb.
Bütün baş verənləri nəzərə alaraq belə bir sual yaranır: milyarder qabaqcadan bunların olacağını ehtimal edirdi, yoxsa artıq bilirdi?
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, "meymun çiçəyi" xəstəliyinə yoluxmaların sayı 90-nı ötüb.
ÜST-ə "meymun çiçəyi" xəstəliyinə 92 təsdiqlənmiş və 28 şübhəli yoluxma halı barədə məlumat daxil olub.
Bu barədə təşkilatın "Twitter" səhifəsində bildirilir. Məlumata görə, yoluxma halları dünyanın 12 ölkəsində qeydə alınıb.
Qeyd olunur ki, "meymun çiçəyi" xəstəliyinin endemik olduğu bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən edilməyib.
TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, virusa lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilaktik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub:
"Su çiçəyi və "meymun çiçəyi”ninin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə "meymun çiçəyi" xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir".
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının ötən gün yaydığı məlumatda bildirilirdi ki, mayın 21-dək "meymun çiçəyi" infeksiyasına 80 nəfərin yoluxması təsdiq olunub, daha 50 yoluxma şübhəsi araşdırılır.
""ÜST və tərəfdaşları yayılma dərəcəsi və yoluxmanın ortaya çıxması səbəblərini öyrənmək üçün işlər aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.