CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məşğulluq marafonu": Nə qədər qazini işə götürüblər?

© AFP 2024 / TIMOTHY A. CLARYofis
ofis - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladıb.
BAKI, 22 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən başladılan "Məşğulluq marafonu" çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.
Həmin vakansiyalar üzrə artıq 2 275 nəfər işlə təmin edilib. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.
Nazirlikdən verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.
Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər. Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladılıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0