https://sputnik.az/20220522/lham-eliyev-brussele-isguzar-sefere-gedib-muhum-gorusler-gozlenilir-442149299.html
İlham Əliyev Brüsselə işgüzar səfərə gedib: Mühüm görüşlər gözlənilir
İlham Əliyev Brüsselə işgüzar səfərə gedib: Mühüm görüşlər gözlənilir
Sputnik Azərbaycan
Mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında... 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T15:40+0400
2022-05-22T15:40+0400
2022-05-22T15:57+0400
siyasət
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
şarl mişel
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e6/05/16/442149063_0:0:2937:1652_1920x0_80_0_0_3abaae9906181f6480fbffd39655a81f.jpg
BAKI, 22 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.Bu gün Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçiriləcək. Bundan əlavə, Çarlz Mişel İlham Əliyev və Nikol Paşinyanla təkbətək formatda görüşəcək. Xatırladaq ki, 2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri nəzərdən keçiriblər. Münaqişə tərəflərinin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişinə diqqət yetirilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına doğru irəliləyiş kontekstində xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh sazişinin hazırlanmasının tapşırılması razılaşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/16/442149063_121:0:2852:2048_1920x0_80_0_0_810039c434d4f0461036b4acae4dca84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, şarl mişel, brüssel
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, şarl mişel, brüssel
İlham Əliyev Brüsselə işgüzar səfərə gedib: Mühüm görüşlər gözlənilir
15:40 22.05.2022 (Yenilənib: 15:57 22.05.2022) Mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş planlaşdırılıb.
BAKI, 22 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.
Bu gün Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçiriləcək.
Bundan əlavə, Çarlz Mişel İlham Əliyev və Nikol Paşinyanla təkbətək formatda görüşəcək.
Xatırladaq ki, 2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri nəzərdən keçiriblər.
Münaqişə tərəflərinin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişinə diqqət yetirilib.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına doğru irəliləyiş kontekstində xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh sazişinin hazırlanmasının tapşırılması razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.