DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Davosda Dünya İqtisadi Forumu başlayacaq

© AFP 2023 / FABRICE COFFRINIDavosda Dünya İqtisadi Forumu
Davosda Dünya İqtisadi Forumu - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.
BAKI, 22 may - Sputnik. Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayır.
Mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək.
Rusiya nümayəndələri isə forumda iştirak etməyəcək. Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.
Ənənəvi olaraq yanvar-fevral aylarında təşkil olunan Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən 2021 və 2022-ci ilin əvvəllərində yalnız onlayn formatda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0