Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
XİN başçısı qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbərindən çox kədərləndiyini bildirib.
BAKI, 22 may — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.
Nazir bununla bağlı "Twitter" hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
"Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik".
Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Makedoniyada avtobus qəzası - Sputnik Azərbaycan, 1920, 22.05.2022
DÜNYA XƏBƏRLƏRİ
Tələbələri daşıyan avtobus aşıb: Ölən və yalananlar var
Xəbər lenti
0