CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günü paytaxtda hava küləkli olacaq - Sabahın hava proqnozu

© Sputnik / Murad OrujovŞuşa şəhərindən açılan mənzərə
Şuşa şəhərindən açılan mənzərə - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
BAKI, 21 may-Sputnik. Mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Maqnit qasırğası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.05.2022
CƏMİYYƏT
Maqnit qasırğası gözlənilir
Xəbər lenti
0