https://sputnik.az/20220521/sabah-milli-parklarda-aciq-qapi-gunu-kecirilecek-442127604.html
Sabah milli parklarda "açıq qapı" günü keçiriləcək
Sabah milli parklarda "açıq qapı" günü keçiriləcək
Sputnik Azərbaycan
Hər il 22 may tarixi ölkəmizdə Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur. 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T20:08+0400
2022-05-21T20:08+0400
2022-05-21T20:18+0400
park
cəmiyyət
milli
"açıq qapı" günü
https://cdnn1.img.sputnik.az/img/42208/91/422089195_0:320:3072:2048_1920x0_80_0_0_8b030280d277891ab8d8fced5535c9ec.jpg
BAKI, 21 may - Sputnik. Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk:"Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq"."Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq!” - deyə o qeyd edib.A.Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42208/91/422089195_341:0:3072:2048_1920x0_80_0_0_4142b3317d1c878ecc747e8fbdf86095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
park, milli, "açıq qapı" günü
park, milli, "açıq qapı" günü
Sabah milli parklarda "açıq qapı" günü keçiriləcək
20:08 21.05.2022 (Yenilənib: 20:18 21.05.2022) Hər il 22 may tarixi ölkəmizdə Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.
BAKI, 21 may - Sputnik. Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk:
"Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq".
"Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq!” - deyə o qeyd edib.
A.Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.