https://sputnik.az/20220521/qebul-imtahaninin-neticeleri-2-hefte-erzinde-melum-olacaq-442140995.html
Qəbul imtahanının nəticələri 2 həftə ərzində məlum olacaq
Qəbul imtahanının nəticələri 2 həftə ərzində məlum olacaq
Sputnik Azərbaycan
Qəbul imtahanının gedişatında 6 nəfərdə mobil telefon aşkarlandığı üçün həmin şəxslər imtahandan xaric olunublar. 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T20:34+0400
2022-05-21T20:34+0400
2022-05-21T21:02+0400
təhsil
imtahan
qəbul
iii ixtisas qrupu
https://cdnn1.img.sputnik.az/img/41223/96/412239634_0:47:1500:891_1920x0_80_0_0_32b9c2a5a8551e5726e40868d1a945ed.jpg
BAKI, 21 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Bu barədə DİM-dən məlumar verilib.Qeyd edək ki, 21 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilibDİM ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını da açıqlayıb.Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə buradan tanış olmaq olar:III ixtisas qrupu, DT altqrupu (Azərbaycan bölməsi);III ixtisas qrupu, TC altqrupu (Azərbaycan bölməsi);III ixtisas qrupu, DT altqrupu (rus bölməsi);III ixtisas qrupu, TC altqrupu (rus bölməsi).İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.İmtahan saat 11:00-da başlanıb. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.İmtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41223/96/412239634_126:0:1375:937_1920x0_80_0_0_84deb1c0a800171c023ba244f9bcdc01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, qəbul, iii ixtisas qrupu
imtahan, qəbul, iii ixtisas qrupu
Qəbul imtahanının nəticələri 2 həftə ərzində məlum olacaq
20:34 21.05.2022 (Yenilənib: 21:02 21.05.2022) Qəbul imtahanının gedişatında 6 nəfərdə mobil telefon aşkarlandığı üçün həmin şəxslər imtahandan xaric olunublar.
BAKI, 21 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Bu barədə DİM-dən məlumar verilib.
Qeyd edək ki, 21 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib
DİM ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını da açıqlayıb.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə buradan tanış olmaq olar:
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
İmtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.