https://sputnik.az/20220521/ermenistanda-novbedenkenar-seckiler-kecirilecek---bas-nazirin-muavini-danisdi-442123687.html
Ermənistanda növbədənkənar seçkilər keçiriləcək? - Baş nazirin müavini danışdı
Ermənistanda növbədənkənar seçkilər keçiriləcək? - Baş nazirin müavini danışdı
Sputnik Azərbaycan
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, ötən ilin iyununda keçirilmiş seçkilər hazırda etiraz edən azsaylı etirazçıların bütün suallarına... 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T11:15+0400
2022-05-21T11:15+0400
2022-05-21T11:15+0400
ermənistan
dünya xəbərləri
seçki
baş nazirin müavini
https://cdnn1.img.sputnik.az/img/41832/08/418320817_0:55:2765:1610_1920x0_80_0_0_d7b71a17432cb795a886429de2febb1f.jpg
BAKI, 21 may-Sputnik. "2021-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri hazırkı etiraz hərəkatının iştirakçıları tərəfindən verilən bütün suallara cavab verib. Müxtəlif ssenarilərin, o cümlədən yeni seçkilərin keçirilməsi ilə bağlı proqnozlar vermək üçün hər hansı zəmin yoxdur. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan RİA Novosti-yə bildirib.“Ötən ilin iyununda Ermənistanda tamamilə demokratik, azad və qanuni parlament seçkiləri keçirildi. Bu seçkilər az sayda olan etirazçılar tərəfindən qaldırılan bütün suallara cavab verir”, - o, hakimiyyətin növbədənkənar seçki keçirib-keçirməyəcəyi ilə bağlı suala cavabında deyib.Qeyd edək ki, ötən ilin iyununda Ermənistanda keçirilmiş seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % "İctimai müqavilə" partiyasına səs verib. "Ermənistan" blokuna (keçmiş Prezident Robert Köçəryanın - red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. "Şərəfim var" blokuna (keçmiş prezident Serj Sarkisyanın - red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib.Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41832/08/418320817_34:0:2765:2048_1920x0_80_0_0_537e2219220e94cb2a1d81c293ada09d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, seçki, baş nazirin müavini
ermənistan, seçki, baş nazirin müavini
Ermənistanda növbədənkənar seçkilər keçiriləcək? - Baş nazirin müavini danışdı
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, ötən ilin iyununda keçirilmiş seçkilər hazırda etiraz edən azsaylı etirazçıların bütün suallarına cavab verib.
BAKI, 21 may-Sputnik. "2021-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri hazırkı etiraz hərəkatının iştirakçıları tərəfindən verilən bütün suallara cavab verib. Müxtəlif ssenarilərin, o cümlədən yeni seçkilərin keçirilməsi ilə bağlı proqnozlar vermək üçün hər hansı zəmin yoxdur. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan RİA Novosti-yə bildirib.
“Ötən ilin iyununda Ermənistanda tamamilə demokratik, azad və qanuni parlament seçkiləri keçirildi. Bu seçkilər az sayda olan etirazçılar tərəfindən qaldırılan bütün suallara cavab verir”, - o, hakimiyyətin növbədənkənar seçki keçirib-keçirməyəcəyi ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, ötən ilin iyununda Ermənistanda keçirilmiş seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % "İctimai müqavilə" partiyasına səs verib. "Ermənistan" blokuna (keçmiş Prezident Robert Köçəryanın - red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. "Şərəfim var" blokuna (keçmiş prezident Serj Sarkisyanın - red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib.
Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.