https://sputnik.az/20220521/azerbaycanla-latviyanin-qida-tehlukesizliyi-sahesinde-emekdasligi-genislenir-442133160.html
Azərbaycanla Latviyanın qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişlənir
Azərbaycanla Latviyanın qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişlənir
Sputnik Azərbaycan
Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tərəflərin milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçiriləcək. 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T16:43+0400
2022-05-21T16:43+0400
2022-05-21T16:43+0400
latviya
cəmiyyət
azərbaycan
sənəd
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425642350_0:161:3071:1888_1920x0_80_0_0_059ed6731d34fb4b533c6153fc670d36.jpg
BAKI, 21 may-Sputnik. Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.Sənədi Azərbaycan tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində imzalanıb.Anlaşma Memorandumu iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir.Sənəd qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini tərəflərin milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcək. Bundan əlavə, Memorandum “tarladan süfrəyədək" prinsipinə uyğun olaraq, qida, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək verilməsini nəzərdə tutur.Həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi, ölkələrin epizootik vəziyyəti, eləcə də qida təhlükəsizliyinin təmin edilməsinə dair digər zəruri istiqamətlər üzrə informasiya mübadiləsi kimi bir sıra məsələlər əksini tapıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425642350_171:0:2900:2047_1920x0_80_0_0_cdbd9735b9427923e7154a28a8ddebd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
latviya, azərbaycan, sənəd
latviya, azərbaycan, sənəd
Azərbaycanla Latviyanın qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişlənir
Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tərəflərin milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçiriləcək.
BAKI, 21 may-Sputnik. Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində imzalanıb.
Anlaşma Memorandumu iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Sənəd qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini tərəflərin milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcək. Bundan əlavə, Memorandum “tarladan süfrəyədək" prinsipinə uyğun olaraq, qida, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək verilməsini nəzərdə tutur.
Həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi, ölkələrin epizootik vəziyyəti, eləcə də qida təhlükəsizliyinin təmin edilməsinə dair digər zəruri istiqamətlər üzrə informasiya mübadiləsi kimi bir sıra məsələlər əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.