Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələr güclənir

© AP Photo / Kamran JebreiliƏbu-Dabi şəhəri
Əbu-Dabi şəhəri - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Azərbaycanda sənaye, energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə BƏƏ şirkətləri fəaliyyət göstərir.
BAKI, 21 may-Sputnik. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm dostluğa əsaslanan əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsilə zənginləşir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasından 14 il keçir", - nazir xatırladıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 % artaraq 18,081 milyon ABŞ dollarına çatıb. Bunun 6,466 milyon ABŞ dolları ixracın,11,615 milyon ABŞ dolları isə idxalın payına düşüb. Bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3% və 2,2 dəfə çoxdur.
BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırılıb. Azərbaycanda sənaye, energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə BƏƏ şirkətləri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0