https://sputnik.az/20220520/xalq-artisti-emeliyyat-masasina-uzandi-442092233.html
Xalq artisti əməliyyat masasına uzandı
Xalq artisti əməliyyat masasına uzandı
Sputnik Azərbaycan
Etdiyi əməliyyatlarla rekorda imza atan Xalq artisti bu dəfə də bıçaq altına girib. Səhnəmizin "diva"sı buxaq nahiyəsindəki piylərdən azad olub. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T23:28+0400
2022-05-20T23:28+0400
2022-05-20T23:28+0400
aygün kazımova
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295833_0:149:1080:757_1920x0_80_0_0_2896e467ad2e706e23dbcec13fbec686.jpg
BAKI, 19 may — Sputnik. Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib. Pop ulduz ötən gün plastik əməliyyat etdirib.Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub.Qeyd edək ki, Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənninin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla Xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220126/aygun-kazimovadan-ad-gununde-sevenlerine-qeyri-adi-hediyye---vdeo-438537176.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295833_0:136:1080:946_1920x0_80_0_0_9ab85e6bb472342f7c3ce2dc5991d5e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aygün kazımova
Xalq artisti əməliyyat masasına uzandı
Etdiyi əməliyyatlarla rekorda imza atan Xalq artisti bu dəfə də bıçaq altına girib. Səhnəmizin "diva"sı buxaq nahiyəsindəki piylərdən azad olub.
BAKI, 19 may — Sputnik. Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib. Pop ulduz ötən gün plastik əməliyyat etdirib.
Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub.
Qeyd edək ki, Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənninin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla Xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.
A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.