Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vaqif Əsədovla vida mərasimi keçirilib

© Sputnik / Murad OrujovƏlində qərənfil tutmuş şəxs, arxiv şəkli
Əlində qərənfil tutmuş şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla bağlı Mədəniyyət Nazirliyi nekroloq yayıb. Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
BAKI, 20 may — Sputnik. Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi onun yaşadığı ünvanda keçirilib.
Mərasimdə V.Əsədovun sənət dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Qeyd edək ki, V.Əsədov mayın 19-da 75 yaşında vəfat edib.
Xatırladaq ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.
10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
Digər xəbərləri Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0