https://sputnik.az/20220520/tebiete-gullere-olan-munasibet-deyismelidir---sugra-bagirzade-442063870.html
Təbiətə, güllərə olan münasibət dəyişməlidir - Suğra Bağırzadə
Təbiətə, güllərə olan münasibət dəyişməlidir - Suğra Bağırzadə
Sputnik Azərbaycan
İçərişəhər Muzey Mərkəzi tərəfindən "Muzeylərin gücü" devizi altında "Şirvanşahlar Sarayı Kompleksi"ndə keçirilən "Gülün gücü" adlı fərdi sərgidə 60-dan artıq... 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T08:34+0400
2022-05-20T08:34+0400
2022-05-20T08:34+0400
sərgi
mədəniyyət
içərişəhər dövlət tarix-memarlıq qoruğu
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442063843_0:0:1280:721_1920x0_80_0_0_d24117221fe3dcf95077454c5c2c9393.jpg
BAKI, 20 may — Sputnik. "Şirvanşahlar Sarayı Kompleksi"ndə Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, "Ümumdünya Floristlər Şurası"nın üzvü, Əməkdar artist Suğra Bağırzadənin fərdi sərgisi açılıb.İçərişəhər Muzey Mərkəzi tərəfindən "Muzeylərin gücü" devizi altında "Şirvanşahlar Sarayı Kompleksi"ndə keçirilən "Gülün gücü" adlı fərdi sərgi 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.Sərgidə Əməkdar artistin həm kino sahəsində, həm də rəssamlıq sahəsində olan sənət yoldaşları iştirak edib. Xalq artisti Həmidə Ömərova bildirdi ki, Suğra xanım bu əsərləri pandemiya vaxtında yaradıb:"Pandemiya vaxtı telefonla danışırdıq. Dedi, "Həmidə, elə darıxıram". Dedim "kinoda çəkilmək istəyirsən?". Dedi, "yox". Dedim "bəs serial?" Dedi, "yox". Dedim "onda ürəyin nəyi daha çox istəyirsə, onunla məşğul ol". Dedi, "bir sürprizim var". Bu gün hər birimiz o sürprizin şahidiyik".Azərbaycan Respublikasının xalq rəssamı Ağəli İbrahimov deyir ki, Suğra xanımla uşaqlıqdan dost olublar:"Suğra xanım həm kinoda, həm də rəssamlıqda böyük işlərə imza atsa da, fəxri adı çox gec aldı. Halbuki o, hələ uşaq ikən mədəniyyət aləmində olub. Onun "Cücələrim" ifası bütün dünyada məşhurdur".Sərgidə 60-dan artıq əsərini nümayiş etdirən Suğra Bağırzadə ümid edir ki, ora gələn insanların təbiətə münasibəti dəyişəcək:Qeyd edək ki, sərgi 25 maya qədər davam edəcək.Xatırladaq ki, Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür. Həmin şurada o, nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. 200-dən artıq əsəri var. Şura tərəfindən "Floristika industriyasında yeni professional istiqamət" sertifikatı ilə mükafatlandırılıb.Suğra Bağırzadə bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442063843_4:0:1280:957_1920x0_80_0_0_d6933a2a159a293dcc873688b2af1a8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi, içərişəhər dövlət tarix-memarlıq qoruğu
sərgi, içərişəhər dövlət tarix-memarlıq qoruğu
Təbiətə, güllərə olan münasibət dəyişməlidir - Suğra Bağırzadə
İçərişəhər Muzey Mərkəzi tərəfindən "Muzeylərin gücü" devizi altında "Şirvanşahlar Sarayı Kompleksi"ndə keçirilən "Gülün gücü" adlı fərdi sərgidə 60-dan artıq əsər nümayiş olunub. Sərgi 25 maya qədər davam edəcək
BAKI, 20 may — Sputnik. "Şirvanşahlar Sarayı Kompleksi"ndə Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, "Ümumdünya Floristlər Şurası"nın üzvü, Əməkdar artist Suğra Bağırzadənin fərdi sərgisi açılıb.
İçərişəhər Muzey Mərkəzi tərəfindən "Muzeylərin gücü" devizi altında "Şirvanşahlar Sarayı Kompleksi"ndə keçirilən "Gülün gücü" adlı fərdi sərgi 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.
Sərgidə Əməkdar artistin həm kino sahəsində, həm də rəssamlıq sahəsində olan sənət yoldaşları iştirak edib. Xalq artisti Həmidə Ömərova bildirdi ki, Suğra xanım bu əsərləri pandemiya vaxtında yaradıb:
"Pandemiya vaxtı telefonla danışırdıq. Dedi, "Həmidə, elə darıxıram". Dedim "kinoda çəkilmək istəyirsən?". Dedi, "yox". Dedim "bəs serial?" Dedi, "yox". Dedim "onda ürəyin nəyi daha çox istəyirsə, onunla məşğul ol". Dedi, "bir sürprizim var". Bu gün hər birimiz o sürprizin şahidiyik".
Azərbaycan Respublikasının xalq rəssamı Ağəli İbrahimov deyir ki, Suğra xanımla uşaqlıqdan dost olublar:
"Suğra xanım həm kinoda, həm də rəssamlıqda böyük işlərə imza atsa da, fəxri adı çox gec aldı. Halbuki o, hələ uşaq ikən mədəniyyət aləmində olub. Onun "Cücələrim" ifası bütün dünyada məşhurdur".
Sərgidə 60-dan artıq əsərini nümayiş etdirən Suğra Bağırzadə ümid edir ki, ora gələn insanların təbiətə münasibəti dəyişəcək:
"Məqsədim odur ki, insanlar təbiətə daha yaxın olsunlar. Təbiətə, güllərə olan münasibət dəyişməlidir. Ekologiyanı, bitkiləri məhv edənlər onların canlı olduğunu unutmamalıdırlar. Biz anadan olandan ta ölənə qədər onlarla birlikdə yaşayırıq. Onlarsız bizim həyatımızın bir anlamı olmaz".
Qeyd edək ki, sərgi 25 maya qədər davam edəcək.
Xatırladaq ki, Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür. Həmin şurada o, nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. 200-dən artıq əsəri var. Şura tərəfindən "Floristika industriyasında yeni professional istiqamət" sertifikatı ilə mükafatlandırılıb.
Suğra Bağırzadə bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.