https://sputnik.az/20220520/serxos-halda-sehneye-cixdi-mahni-sifaris-etdi-saxlanildi---azerbaycanda-442101651.html
Sərxoş halda səhnəyə çıxdı, mahnı sifariş etdi, saxlanıldı - Azərbaycanda
Sərxoş halda səhnəyə çıxdı, mahnı sifariş etdi, saxlanıldı - Azərbaycanda
Sputnik Azərbaycan
Sumqayıtda festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T17:28+0400
2022-05-20T17:28+0400
2022-05-20T17:28+0400
sərxoş
cəmiyyət
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 20 may — Sputnik. Mayın 18-də Sumqayıt şəhərində keçirilən peşə festivalı zamanı insident baş verib.Festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, o, səhnədə musiqi səsləndirən DJ-yə yaxınlaşaraq istədiyi mahnının səslənməsini tələb edib.Ərazidəki polis əməkdaşları S.Vəliyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparıblar. Məlum olub ki, həmin şəxs sərxoş vəziyyətdədir.S.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərxoş, sumqayıt
Sərxoş halda səhnəyə çıxdı, mahnı sifariş etdi, saxlanıldı - Azərbaycanda
Sumqayıtda festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb.
BAKI, 20 may — Sputnik. Mayın 18-də Sumqayıt şəhərində keçirilən peşə festivalı zamanı insident baş verib.
Festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, o, səhnədə musiqi səsləndirən DJ-yə yaxınlaşaraq istədiyi mahnının səslənməsini tələb edib.
Ərazidəki polis əməkdaşları S.Vəliyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparıblar. Məlum olub ki, həmin şəxs sərxoş vəziyyətdədir.
S.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.