SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş keçiriləcək

© Official website of President of Azerbaijan RepublicBrüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş, arxiv şəkli
Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Şarl Mişel liderlərlə ayrı-ayrı görüşlər keçirəcək.
BAKI, 20 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüş mayın 22-də Brüsseldə baş tutacaq.
Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər keçirəcək.
Daha sonra isə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
"Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - İlham Əliyev qeyd edib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün hökumətin iclasından sonra jurnalistlərə bildirib ki, Ermənistan tərəfi artıq Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq.
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0