https://sputnik.az/20220520/papikyan-anons-verdi-ermenistan-ordusunda-genismiqyasli-islahatlar-olacaq-442098186.html
Papikyan anons verdi: Ermənistan ordusunda genişmiqyaslı islahatlar olacaq
Papikyan anons verdi: Ermənistan ordusunda genişmiqyaslı islahatlar olacaq
Sputnik Azərbaycan
Ermənistan müdafiə naziri Suren Papikyan bildirib ki, hərbi-siyasi rəhbərlik xidmət şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün hər... 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T19:13+0400
2022-05-20T19:13+0400
2022-05-20T19:13+0400
ermənistan
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425028464_0:0:1600:901_1920x0_80_0_0_778802b2c343e6483af70eed177ed805.jpg
BAKI, 20 may — Sputnik. Ermənistanda yaxın vaxtlarda Silahlı Qüvvələrdə döyüş qabiliyyətinin, eləcə də hərbi xidmətin cəlbediciliyinin artırılmasına yönəlmiş genişmiqyaslı islahatlar gözlənilir. Bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Papikyan 3-cü Ordu Korpusunun bir neçə hərbi hissəsində olub.Müdafiə naziri komandirlərlə ordunun müasirləşdirilməsi məsələlərini müzakirə edib. Onun sözlərinə görə, hərbi-siyasi rəhbərlik xidmət şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün hər cür səy göstərəcək.Papikyan qeyd edib ki, islahatlar çərçivəsində təlim prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması məsələsinə də xüsusi diqqət yetiriləcək.Bu kontekstdə Papikyan mənzil proqramı hazırlandığını vurğulayıb.Nazir xidmət şəraiti, döyüş və idman hazırlığı prosesi ilə yerində tanış olub, dağ təlim mərkəzinə baş çəkib.Xatırladaq ki, Suren Papikyan ötən ilin noyabrında Ermənistanın yeni müdafiə naziri təyin olunub.S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. Yerevan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425028464_180:0:1600:1065_1920x0_80_0_0_9bb6bdf32a7327ca23d5f1108717d225.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan
Papikyan anons verdi: Ermənistan ordusunda genişmiqyaslı islahatlar olacaq
Ermənistan müdafiə naziri Suren Papikyan bildirib ki, hərbi-siyasi rəhbərlik xidmət şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün hər cür səy göstərəcək.
BAKI, 20 may — Sputnik. Ermənistanda yaxın vaxtlarda Silahlı Qüvvələrdə döyüş qabiliyyətinin, eləcə də hərbi xidmətin cəlbediciliyinin artırılmasına yönəlmiş genişmiqyaslı islahatlar gözlənilir. Bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Papikyan 3-cü Ordu Korpusunun bir neçə hərbi hissəsində olub.
Müdafiə naziri komandirlərlə ordunun müasirləşdirilməsi məsələlərini müzakirə edib. Onun sözlərinə görə, hərbi-siyasi rəhbərlik xidmət şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün hər cür səy göstərəcək.
Papikyan qeyd edib ki, islahatlar çərçivəsində təlim prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması məsələsinə də xüsusi diqqət yetiriləcək.
Bu kontekstdə Papikyan mənzil proqramı hazırlandığını vurğulayıb.
Nazir xidmət şəraiti, döyüş və idman hazırlığı prosesi ilə yerində tanış olub, dağ təlim mərkəzinə baş çəkib.
Xatırladaq ki, Suren Papikyan ötən ilin noyabrında Ermənistanın yeni müdafiə naziri təyin olunub.
S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. Yerevan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.