Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbuat Şurası Qadir İbrahimlinin ölümü ilə bağlı nekroloq yayıb

© Photo : From the personal archive of Qadir IbrahimliQadir İbrahimli
Qadir İbrahimli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verib.
BAKI, 20 may — Sputnik. Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin ölümü ilə bağlı nekroloq yayıb.
Nekroloqda qeyd olunur:
"Azərbaycan jurnalistikasında özünün dəst-xətti ilə seçilən, "İstiqlal.az" saytının baş redaktoru, istedadlı həmkarımız Qadir İbrahimli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb. Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb. Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə ekspert və koordinator olub.
Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci ildən "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub. Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.
Q.İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və menencment üzrə pedaqoq olaraq da çalışıb, bilik və bacarığını gənc nəslə çatdırıb. Qadir İbrahimli səmimiyyəti, qayğıkeşliyi, dostcanlılığı, gülərüz siması, pozitiv əhval-ruhiyyəsi ilə onu tanıyan hər kəsin xatirəsində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşür, səbr diləyirik.
Allah rəhmət eləsin!".
Digər xəbərləri Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İqtisadçı Qadir İbrahimli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
CƏMİYYƏT
İqtisadçı jurnalist Qadir İbrahimli vəfat edib
Xəbər lenti
0