https://sputnik.az/20220520/ktmt-nin-mudafie-nazirleri-surasinin-iclasi-kecirilecek-442092905.html
KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
Sputnik Azərbaycan
KTMT-dən verilən məlumatda bildirilib ki, üzv dövlətlər kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T13:11+0400
2022-05-20T13:11+0400
2022-05-20T13:11+0400
ktmt
dünya xəbərləri
rusiya
https://cdnn1.img.sputnik.az/img/41857/10/418571067_0:0:3269:1839_1920x0_80_0_0_b9b7f0e19e2d284beae64062b2da1d73.jpg
BAKI, 20 may — Sputnik. Mayın 24-də KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək, müdafiə nazirliklərinin rəhbərləri mövcud geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.İclasa videokonfrans vasitəsilə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edəcək."İclasın iştirakçıları KTMT-yə üzv dövlətlərin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər", - deyə KTMT-dən bildirilib.Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub. Bir müddət əvvəl Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan qarşıdan gələn görüş barədə məlumat verib.Xatırladaq ki, mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41857/10/418571067_51:0:2782:2048_1920x0_80_0_0_4954300c6212b6226b2f3d9dd290a03c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, rusiya
KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
KTMT-dən verilən məlumatda bildirilib ki, üzv dövlətlər kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.
BAKI, 20 may — Sputnik. Mayın 24-də KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək, müdafiə nazirliklərinin rəhbərləri mövcud geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.
İclasa videokonfrans vasitəsilə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edəcək.
"İclasın iştirakçıları KTMT-yə üzv dövlətlərin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər", - deyə KTMT-dən bildirilib.
Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub. Bir müddət əvvəl Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan qarşıdan gələn görüş barədə məlumat verib.
Xatırladaq ki, mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.